BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib

            BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib

            27 Oktyabr 2022 10:10

            BDU-da əlcəzairli doktorantın elmi seminarı keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə fakültənin əcnəbi doktorantı, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumananın elmi seminarı keçirilib. Elmi seminarda əcnəbi doktorant “Akademik kitabxanaların rəqəmsal informasiya resursları” mövzusunda məruzə ilə çıxış edib. BDU-nun Elmi Kitabxanası, ADA Universitetinin Kitabxanası və UNEC Kitabxana İnformasiya Mərkəzinin iş təcrübəsi əsasında hazırlanmış məruzədə hər üç ali təhsil müəssisəsinin kitabxanalarında aparılan rəqəmsallaşdırma prosesləri şərh olunub. Bildirilib ki, universitet kitabxanaları müəssisənin akademik mühitinin fomalaşmasında aparıcı rol oynayır, səmərəli elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsinə mühüm töhfələr verir.  
            Müasir şəraitdə universitet kitabxanalarının rəqəmsal resurslarını təhsil, tədqiqat və eləcə də informasiya mühitinin əsas komponenti kimi dəyərləndirən doktorant tədris və tədqiqat sahəsində keyfiyyətli akademik mühitin təşviqi baxımından rəqəmsal resursların rolunu xüsusi qiymətləndirib. Araşdırmada həmçinin tədqiqat obyekti kimi seçilən kitabxanaların strukturu, sənəd dövriyyəsi, kitab fondu, elektron kataloqu, prioritetləri və  bu sahədə olan dünya təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verilib. Məruzənin sonunda əcnəbi doktorant BDU-da tədqiqat aparmaq üçün səmərəli elmi mühitin formalaşdığını və günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb.
            Qeyd edək ki, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumana Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi” haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunub və hazırda elmi tədqiqatlarını davam etdirir.

            Son XƏBƏRLƏR

            08.12.2025 | 09:44

            BDU-nun Astrofizika kafedrası: “Maqnit qasırğası gözlənilir”

            07.12.2025 | 19:19

            BDU-nun dosenti Qismət Davudov vəfat edib

            06.12.2025 | 19:48

            BDU-nun dosenti Eldar Kərimov vəfat edib

            06.12.2025 | 17:41

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

            06.12.2025 | 15:38

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025