BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

            SOSİAL 15 Dekabr 2025 17:44

            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) 15 dekabr - Dünya Türk Dili Ailəsi Günü qeyd olunub.

            BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bildirib ki, tarix boyu geniş coğrafiyada dövlətlər quran Türk dünyası siyasi və mədəni zənginliyə malikdir. 2025-ci il noyabrın 3-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Özbəkistanın tarixi Səmərqənd şəhərində keçirilən 43-cü Baş Konfransında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən 15 dekabrın Dünya Türk Dili Günü elan edilməsi təklifi irəli sürülüb. Bu təklif 21 üzv dövlət tərəfindən dəstəklənib. Bu təklifə uyğun olaraq 15 dekabr Beynəlxalq Türk Dili Günü kimi qəbul edilib: “Bu gün türk xalqlarının birliyi yalnız mədəni və tarixi yaxınlıqla məhdudlaşmır, eyni zamanda siyasi, iqtisadi və humanitar əməkdaşlıq istiqamətində konkret qurumlara əsaslanır. Türk Dövlətləri Təşkilatı (TDT), Türk Akademiyası, TÜRKSOY və digər təşkilatlar vasitəsilə ortaq tarix, ədəbiyyat, folklor və incəsənət sahələrində əməkdaşlıq gücləndirilir”.

            2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını xatırladan Aydan Xəndan türkdilli ölkələrin alimləri qarşısında bu qurultayın önəmini, tarixçəsini, gizli məqamlarını araşdırmaq, təhlillər və yeni tədqiqatlar aparmaq kimi mühüm vəzifə dayandığını vurğulayıb.

            Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan BDU ilə birgə layihələrin önəmini qeyd edib. Bildirib ki, türkdilli ölkələrin birliyinin güclənməsi ortaq məsələlər ətrafında birgə çağırışları vacib edir. Xüsusilə dil, mədəniyyət,  elm, təhsil sahələrində müxtəlif məsələlərin dərindən araşdırılmasına və məsələyə kompleks yanaşmağa ehtiyac var.

            Daha sonra Türkiyənin Hacettepe Universitetinin professoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Sumqayıt Dövlət Universitetinin fəxri doktoru Şükrü Haluk Akalın “Türk dili ailəsinin önündə yeni üfüqlər” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü elan edilməsi heç də təsadüfi deyil. 15 dekabr 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen türk dilinin ən qədim yazılı sənədlərindən biri olan Orxon yazılarının əlifbasını deşifrə etməkdə uğur qazandığını elan etdi. Bu tarix türk dili ailəsinin qədim tarixinə və onların ortaq mədəni irsinə işarə edən bir dönüş nöqtəsi kimi qəbul edildi. Bu mühüm qərar türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır. Türk mədəniyyətinin birləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələrini əks etdirir. Tarix boyu böyük türk mütəfəkkir və alimləri türk dilinin öyrənilməsi və tədqiqi ilə məşğul olublar: “Həsən bəy Zərdabi “Əkinçi” qəzeti, Əli bəy Hüseynzadə “Füyuzat” jurnalı, Əhməd Vefik Paşa türk dilini öz lüğətində və qanunlarda əsas maddə kimi təqdim etməsi ilə bu dilin yayılmasına və rəsmi status almasına çalışıblar. Bu yol hər birimiz üçün bir strategiya kimi inkişaf etdirilməlidir”.

            Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
            BDU-da Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            15.12.2025 | 18:18

            BDU-da Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir

            15.12.2025 | 15:17

            BDU və Çinin Anhui Universiteti arasında Konfutsi İnstitutunun fəaliyyəti üzrə əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb

            15.12.2025 | 15:00

            BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

            15.12.2025 | 13:36

            BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

            15.12.2025 | 13:02

            Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025