BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub

            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub

            SOSİAL 14 May 2026 15:03

            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub

            Bakı Dövlət Universitetində (BDU) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində keçiriləcək “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub. Yaz məktəbi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsində tələbələrə “Müasir dövrün aktual şəhərsalma modelləri” mövzusunda mühazirə oxunub.

            Fakültənin dekanı Rövşən Cavadov müasir şəhərsalma sahəsində mövcud problemlərdən, urbanizasiya prosesinin yaratdığı çağırışlardan və onların həlli istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini diqqətə çatdıraraq, həmin bölgələrdə tətbiq olunan “ağıllı şəhər” konsepsiyasının ölkənin gələcək inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb.

            Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova bildirib ki, ölkəmizdə beynəlxalq konfranslar və qlobal təşəbbüslərlə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. O qeyd edib ki, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində Universitetdə, eləcə də fakültədə elmi-praktik görüşlər, seminarlar və maarifləndirici tədbirlər davam etdirilir.

            Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, WUF13 ərəfəsində keçiriləcək “İnklüziv ideyalar” beynəlxalq elmi konfransının koordinatoru Hüseyn İbrahimov ölkəmizin  Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsinin şəhərsalma və dayanıqlı inkişaf sahəsində ölkənin qazandığı nüfuzun göstəricisi olduğunu bildirib. O, gəncləri urbanistika və innovativ idarəetmə sahələrində daha fəal olmağa çağırıb.

            Daha sonra Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,  dosent Mətanət Abdalova müasir dövrdə tətbiq olunan şəhərsalma modelləri haqqında məruzə ilə çıxış edib. O, “ağıllı şəhər”, “inklüziv şəhər” və “polisentrik şəhər” modellərinin mahiyyətindən bəhs edərək bildirib ki, bu yanaşmalar şəhər mühitinin daha rahat, təhlükəsiz və dayanıqlı idarə olunmasına xidmət edir. Məruzədə Ağdam və Zəngilanda tətbiq olunan “ağıllı şəhər” konsepsiyasının xüsusi maraq doğurduğu qeyd olunub.

            Tədbirdə həmçinin “çoxmərkəzli inkişaf” modelinin üstünlükləri təhlil edilib. Bildirilib ki, bu model iri şəhərlərdə əhali sıxlığının azaldılması, regionların balanslı inkişafının təmin olunması və sosial-iqtisadi imkanların daha bərabər bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

            Daha sonra Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Təhsil şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ellada Xankişiyeva və Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxışlarında həm müasir şəhər idarəçiliyi yanaşmaları, həm də Şərq şəhərsalma ənənələrinin bugünkü aktuallığını diqqətə çatdırıblar.

            Tədbir tələbələrin suallarının cavablandırılması və şəhərsalmanın gələcək perspektivləri ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub
            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub
            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub
            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub
            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub
            BDU-da “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda Yaz məktəbi təşkil olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            22.05.2026 | 17:33

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            22.05.2026 | 16:35

            İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

            22.05.2026 | 14:26

            BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

            22.05.2026 | 14:09

            BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

            21.05.2026 | 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025