BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb

            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb

            24 Avqust 2022 17:58

            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb

            Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfrans (COIA-2022) öz işinə başlayıb.

            Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edəcək tədbir idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır.

            COIA konfranslar silsiləsi 2005-ci ildə Azərbaycanda start götürüb; 2005, 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda keçirilib. 2011-ci ildə Türkiyədə – Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanda – Sofiya Texniki Universitetində keçirilib. Beynəlxalq tədbir Bakıda 6-cı dəfədir təşkil olunur.

            Bu gün “Hilton” oteldə keçirilən konfransın açılış mərasimində Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz siyasətində elm, təhsil, ixtisaslı kadrların hazırlığı istiqamətini mühüm hesab edir. Bunun nəticəsidir ki, Azərbaycanda ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalı əsas məsələlərdəndir. Nazir müavini əlavə edib ki, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” beynəlxalq konfrans uzun illərdir uğurla təşkil olunur. Böyük nüfuz qazanmış tədbir elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məqsədlərə xidmət edir.

            BDU-nun rektoru Elçin Babayev çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Rektor nitqində bildirib ki, Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır. Hazırda BDU-da 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, bir neçə elmi-tədqiqat laboratoriyası, elmi kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir.

            BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun kreativ düşüncəli mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl 8 universitet və institutları ilə bakalavr, magistratura, doktorantura pilləsi üzrə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. Tələbələr elmi fəaliyyətdə fəal iştirak edirlər – yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində BDU tələbələrinin bilavasitə iştirakı ilə müxtəlif layihələr həyata keçirilir. Təsadüfi deyil ki, BDU-nun sənaye müəssisələri ilə əlaqələrinin inkişafı nəticəsində son 2 ildə 30-a yaxın milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 80-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.

            Clarivate Analytics şirkətinin InCites qiymətləndirmə sisteminin nəticələrinə görə, 2017-2021-ci illərdə Azərbaycanda çap olunmuş elmi işlərin ümumi sayında BDU-nun payı 20%, Azərbaycan Respublikasının bütün ali məktəblərində çap olunan elmi nəşrlərdə isə 40% təşkil edir. BDU-nun Hirş indeksi artıq 52-dir və hər bir əsərə istinadların orta sayı 6.09-a yüksəlib. Qeyd edək ki, 2016-cı ilin sonunda BDU-nun h-indeksi 29-a bərabər olub. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ötən il BDU Azərbaycandan yeganə universitet olaraq Times Higher Education beynəlxalq reytinqinə daxil edilib. Riyaziyyat, əsasən Tətbiqi riyaziyyat və Kompüter elmləri sahələri BDU-nun təbiət elmləri sahəsində 5 prioritetlərə daxildir. Hazırda riyaziyyat üzrə elmi fəaliyyət üçün lazımi infrastruktura malik olan BDU-nun elmi-tədqiqat institutlarında və Mükəmməllik Mərkəzində bütün imkanlar yaradılır. BDU-nun əsas missiyası tələbələrin mürəkkəb problemlərin həllinə innovativ və yaradıcı yanaşmalarına imkan verəcək "Tədqiqat Universiteti" kontekstində təhsil və elmi tədqiqatların yenidən formalaşdırılmasıdır.

            Açılış mərasimindən sonra beynəlxalq elmi konfransın bölmə iclasları BDU-da davam edib. “COVID-19” pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda – onlayn və əyani şəkildə keçirilir. Tədbirdə 30-dək ölkənin Azərbaycan, Türkiyə, ABŞ, Hindistan, Rusiya, İran, Ukrayna, Özbəkistan, Oman, Morokko, Qazaxıstan, Qırğızıstan, Misir və s. kimi ölkələrin tanınmış alimlərinin “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi sahələr üzrə məruzələri dinləniləcək. Konfrans materialları Web of Science bazasına daxil ediləcəkdir.

             

            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb
            BDU-da COIA-2022 beynəlxalq elmi konfransı öz işinə başlayıb

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025