BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib

            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib

            SOSİAL 2 Mart 2026 17:18

            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş simulyasiya konfransı keçirilib.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Birinci Türkoloji Qurultayın keçirilməsinin Türk dünyasının elmi və mədəni inteqrasiyası baxımından mühüm hadisə olduğunu qeyd edib. Bu təşəbbüsün türk dili, ədəbiyyatı, ortaq mədəni dəyərlərinin qorunması və təbliği istiqamətində xüsusi rol oynadığını deyib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkə miqyasında keçirilməsi və gənclərin bu prosesdə fəal iştirakı çox vacibdir. Çünki 100 il əvvəl həmin qurultayda qarşıya qoyulan məqsədlər bu gün də aktualdır. Onların müasir tələblərə uyğunlaşdırılması, türk dünyasının birliyi üçün icrasının təmini gənclərin əlindədir. İnanıram ki, simulyasiya konfransının təşəbbüskarı olan gənclər öz araşdırmaları ilə Türk dünyasının birliyinə töhfə verəcəklər”.

            BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov I Türkoloji Qurultayda iştirak edən ictimai xadimlər, qurultayın çağırılması, müzakirə olunan məsələlər, ortaq əlifba məsələsi, ərəb və latın qrafikalarının müqayisəsindən danışıb. Bildirib ki, yüz il əvvəlki məsələlər müasir şəraitdə uğurla gerçəkləşdirilir.

            “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov simulyasiya konfransının qaydalarını iştirakçıların diqqətinə çatdırıb və tələbələrin suallarını cavablandırıb.

            Simulyasiyanın ilk sessiyasında iştirakçılara çıxış üçün müəyyən vaxt verilib. Hər bir çıxışçı öz mövqeyini ifadə edib. Konfransın davamında moderatorsuz sessiya keçirilib, ardınca ortaq sənəd qəbul edilib.

            Konfransın sonunda fərqlənən gənclər təşəkkürnamə ilə təltif olunublar.

            Qeyd edək ki, simulyasiya konfransında 20-yə yaxın könüllü təşkilatının üzvü, 10-dan çox universitetdən tələbələr iştirak ediblər.

            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            02.03.2026 | 00:25

            Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə

            02.03.2026 | 17:42

            BDU-da Beynəlxalq Qazax Dili Akademiyasının və Beynəlxalq Türkologiya Mərkəzinin prezidenti ilə görüş

            02.03.2026 | 17:06

            BDU tələbələri WUF13 barədə məlumatlandırılıb

            02.03.2026 | 17:04

            BDU-da “Ekstremal şəraitdə psixoloji yardım” mövzusunda təlim

            02.03.2026 | 16:48

            BDU-da elmi seminar: "Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025