BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Bioloji molekulların quruluş-funksiya əlaqələri” mövzusunda elmi seminar

            BDU-da “Bioloji molekulların quruluş-funksiya əlaqələri” mövzusunda elmi seminar

            18 Mart 2022 09:52

            BDU-da “Bioloji molekulların quruluş-funksiya əlaqələri” mövzusunda elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika problemləri Elmi-Tədqiqat İnstitutunda 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.

            Seminarda Biofizika şöbəsinin baş elmi işçisi Larisa İsmayılova eyniadlı məruzə ilə çıxış edib.

            Məruzəçi bioloji molekulların yerinə yetirdiyi funksiyalar, onların fəza quruluşları ilə əlaqədar məlumat verib. Qeyd edib ki, fəza quruluşlarının formalaşması aminturşu qalıqlarının ardıcıllığından asılıdır. Məruzədə zülal, peptid molekullarının fəza quruluşlarının, ferment-substrat qarşılıqlı təsirlərinin tədqiqi mərhələri araşdırılıb. Bildirib ki, bioloji oliqopeptid molekullarının fəza quruluşlarını hesablamaq metodu yaradılıb, onun əsasında çoxlu sayda insan, heyvan və bitki mənşəli kardiofəal peptid molekullarının, enkefalin, endorfin, neoendorfin, dinorfin, ekzorfin, kazorfin, opioid molekullarının quruluş-funksiya əlaqələri tədqiq olunub. Dünyada ilk dəfə olaraq 58 aminturşu qalığından ibarət zülal molekulunun fəza quruluşu hesablanıb.  Sonrakı mərhələdə biomolekulların zülal və digər molekullarla qarşılıqlı təsirləri öyrənilib, onların elektron quruluşları müxtəlif kvant kimyəvi üsullarla tədqiq olunub.

            Qeyd edilib ki, Biofizika şöbəsində alınan bəzi elmi işlərin nəticələri dərsliklərə salınıb.

            Daha sonra Larisa İsmayılova iştirakçıların suallarını cavablandırıb, alınmış nəticələrin xüsusiyyətlərini izah edib.

            Son XƏBƏRLƏR

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            01.09.2026 | 16:55

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb

            01.09.2026 | 13:34

            BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025