BDU-da beynəlxalq təbiəti mühafizə təşkilatı olan DEFEND-in nümayəndələri ilə görüş

Bakı Dövlət Universitetində (BDU) beynəlxalq təbiəti mühafizə təşkilatı DEFEND-in nümayəndələri Mark Hiley və Regan Hall ilə tələbələrin görüşü keçirilib.
Görüşdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən 280 tələbə iştirak edib.
Qonaqlar Afrikada milli parkların idarə olunması, vəhşi təbiətin qorunması, brakonyerliyə qarşı mübarizə və təbiəti mühafizə sahəsində uzun illər ərzində qazandıqları praktiki təcrübəni gənclərlə bölüşüblər.
Görüş zamanı tələbələr vəhşi təbiətin qorunması sahəsində real nümunələrlə tanış olub, onları maraqlandıran sualları Mark Hiley və Regan Hall-a ünvanlamaq imkanı əldə ediblər.
Görüş gənclərin biomüxtəlifliyin qorunması və təbiətə məsuliyyətli münasibət mövzularında məlumatlılığının artırılmasına xidmət edib.