BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

            BEYNƏLMİLƏLLƏŞMƏ 20 Aprel 2026 18:39

            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) nəzdində Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 20 aprel - Beynəlxalq Çin Dili Gününə həsr olunmuş “Çin dili rəngarəng arzuları işıqlandırır” adlı tədbir keçirilib.

            Əvvəlcə Çin mədəniyyəti üzrə interaktiv təcrübə sessiyası təşkil olunub. Sessiya çərçivəsində altı tematik guşədə Çin ənənəvi mədəniyyətinin müxtəlif aspektləri, o cümlədən ənənəvi əl işləri, xəttatlıq sənəti, çay mədəniyyəti və interaktiv Çin heroqlifləri üzrə oyunlar təqdim olunub.

            Tədbirin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev və Çinin Azərbaycandakı səfiri Lu Mey çıxış ediblər.

            Rektor Elçin Babayev bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun təşviqi, xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. O bildirib ki, BDU-da 2004-cü ildən Çin üzrə “Regionşünaslıq” ixtisası açılıb. Bu ixtisasa qəbul olan tələbələrin sayı ildən-ilə artmaqdadır. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Şərqşünaslıq fakültəsi ilə Konfutsi İnstitutu arasında sıx əməkdaşlıq mövcuddur. Müntəzəm olaraq təşkil olunan Çin Mədəniyyəti Günləri tələbələrin dil bacarıqlarının inkişafına kömək edir. Konfutsi İnstitutu tərəfindən təşkil olunan yay məktəbləri tələbələrə Anhui Universitetində təhsil almaq imkanı yaradır. Çin dili dərsləri Çindən dəvət olunmuş müəllimlər və institutun mütəxəssisləri tərəfindən tədris olunur. Bundan əlavə, Konfutsi İnstitutu beynəlxalq Çin dili imtahanlarını təşkil edir və tələbələrin Çində təqaüd proqramlarına müraciət etmələrinə dəstək verir.

            Rektor diqqətə çatdırıb ki, 2022-ci ildə BDU-da “Çin filologiyası” ixtisası yaradılıb. 2023-cü ilin dekabr ayında BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriatura səviyyəsində “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramı imzalanıb, artıq BDU-nun bir qrup tələbəsi bu imkandan yararlanır. BDU-nun Anhui Universiteti ilə əməkdaşlığı yalnız  humanitar sahələrlə məhdudlaşmır. 2025-ci ildə optoelektronika, yarımkeçirici texnologiyalar, mikroelektronika və nanoelektronika sahələrində ikili magistr proqramları üzrə razılaşma imzalanıb. Bu da tələbələrə hər iki universitetin elmi-texnoloji potensialından faydalanmaq və beynəlxalq rəqabətə davamlı bilik və bacarıqlar əldə etmək imkanı verir: “Əminik ki, tərəfdaşlığımız gələcəkdə daha da möhkəmlənəcək. Bu cür təşəbbüslər Azərbaycan ilə Çin arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir”.

            Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey isə tədbirin təşkili üçün BDU-nun rəhbərliyi və kollektivinə təşəkkür edib. O bildirib ki, son illərdə Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, ikitərəfli əlaqələr çoxşaxəli inkişafın yeni mərhələsinə qədəm qoyub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar əlaqələr möhkəmlənib. Səfir qeyd edib ki, Çin dili dünyanın ən çox istifadə olunan dilidir və 5000 illik Çin sivilizasiyasının müdrikliyini özündə daşıyır: “Çin-Azərbaycan münasibətlərinin getdikcə dərinləşməsi və iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə genişlənməsi ilə birlikdə Azərbaycanda Çin dilinə maraq da artır. Azərbaycanda Çin dilini öyrənənlərin sayı 8000 nəfəri ötüb. 2025-ci ildə 60 000-dən çox Çin vətəndaşı Azərbaycana səfər edərək tarixi rekorda imza atıb. Bu, iki xalqın tarixi dostluğunu yaşatmasının və mədəniyyətlər arasındakı əlaqəni davam etdirməsinin canlı nümunəsidir”. Səfir bildirib ki, Çin dili yalnız ünsiyyət vasitəsi rolunu oynamır, o, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı dərinləşdirməklə Çini dünya xalqları ilə birləşdirən mühüm körpüyə çevrilir.

            Sonra Beynəlxalq Çin Dili Gününün yaranmasına dair videoçarx, Çin heroqliflərinin inkişafını əks etdirən təqdimat nümayiş olunub. BDU-nun tələbələri və Konfutsi İnstitutunun nümayəndələri ənənəvi Çin rəqsləri, musiqiləri ifa ediblər. Tədbirin iştirakçıları arasında Çin dili üzrə yarış keçirilib.

            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub
            BEYNƏLMİLƏLLƏŞMƏ SOSİAL

            Son XƏBƏRLƏR

            20.04.2026 | 18:12

            BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün vaxtın idarə olunmasına dair təlim təşkil edib

            20.04.2026 | 16:25

            BDU-da məktəblilər üçün infosessiya

            20.04.2026 | 15:55

            “BDU könüllüləri”nin “MediaPulse” təcrübə proqramının növbəti görüşü

            20.04.2026 | 14:02

            BDU tələbələri rəqəmsal marketinqlə bağlı məlumatlandırılıb

            20.04.2026 | 13:56

            “Təbiətin memarlığı: Qarabağda vernakulyar memarlığın formalaşması” - BDU-da ustad dərsi

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025