BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

            BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

            SOSİAL 31 Mart 2026 16:21

            BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun rektoru Elçin Babayev bildirib ki, 31 mart təkcə keçmişin faciəsi deyil, Azərbaycan xalqının milli yaddaşının, kimliyinin və birliyinin sınağa çəkildiyi tarixi dövrün simvoludur. 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqına qarşı planlı və məqsədyönlü qırğınlar həyata keçirilib. Bakı, Şamaxı, Quba, Qarabağ və Zəngəzur da daxil olmaqla müxtəlif bölgələrdə on minlərlə günahsız insan milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəni və dini abidələr məhv edilib. Bu hadisələr təkcə bir xalqın deyil, ümumilikdə bəşəriyyətin tarixində qara ləkə kimi qalmaqdadır: “Tarixi faktlar göstərir ki, bu qırğınlar təsadüfi deyil, uzun illər davam edən ideoloji və siyasi məqsədlərin nəticəsi idi. Bu cinayətləri Azərbaycan torpaqlarında etnik təmizləmə aparmaq, insanları öz yurdlarından didərgin salmaq və saxta iddialar üzərində yeni reallıqlar qurmaq istəyən qüvvələr həyata keçirmişdilər. 1918-ci ilin mart hadisələri zamanı təkcə Bakıda təxminən 30 min, ümumilikdə isə 50 mindən çox azərbaycanlı qətlə yetirilib”.

            Rektor vurğulayıb ki, uzun illər bu hadisələrə obyektiv qiymət verilməsinə maneələr yaradılsa da, müstəqillik dövründə Azərbaycan dövləti tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atıb: “Xüsusilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilib. Bu faciənin unudulmaması üçün mühüm zəmin yaradılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində həmin tarixi hadisələrin daha geniş şəkildə araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür. Quba şəhərində aşkar edilən kütləvi məzarlıq və burada yaradılan Soyqırımı Memorial Kompleksi bu həqiqətlərin canlı sübutudur. Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, öz dövlətçiliyini qoruyub saxlayıb və müstəqil, güclü bir ölkə kimi dünya səhnəsində yerini möhkəmləndirməkdədir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altında olan torpaqlarını azad etdi, suverenliyimiz bərpa olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni şəhərlər, kəndlər, yollar, hava limanları tikilir, regionun infrastrukturu yenidən formalaşdırılır. “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Ölkəmiz bir çox qlobal platformalarda etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq aləmdə enerji təhlükəsizliyində mühüm rol oynayır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir məqsədə nail olmağa qadirdir”.

            Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov tədbir iştirakçılarını Fövqəladə Təhqiqat Komissiyasının 35 cildlik sənədlərində Bakıda, Qubada, Şamaxıda törədilən soyqırımlarla bağlı əks olunan dəhşətli faktlarla tanış edib. O vurğulayıb ki, soyqırımı hadisələri tarixi unutmamağı və ondan ibrət dərsi çıxarmağı öyrədir: “Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqətlərinin, o cümlədən soyqırımı həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür”.

            BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Əlimusa İbrahimov və Tarix fakültəsinin doktorantı Səbuhi Quliyev çıxışlarında 1918-ci ilin mart hadisələrinin tarixi, siyasi və hüquqi aspektlərindən bəhs ediblər.

            Sonda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.

            BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
            BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
            BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
            BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
            BDU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025