BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı

            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı

            25 Aprel 2023 15:01

            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı

            Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanın müasir inkişafının coğrafi məsələləri: Böyük Qayıdış, qlobal inteqrasiya və regional inkişaf" mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilib.

            Coğrafiya fakültəsinin TEC sədri İmran Bayramov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətləri, uğurlu elm-təhsil siyasəti barədə məlumat verib. Sonra Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

            Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Məqsəd Qocamanov tələbə və gənc tədqiqatçıların elmi araşdırmalara marağının yüksək olmasına diqqət çəkərək, bu sahədə görülən işlər, tələbə elmi dərnəklərinin fəaliyyəti və elmlə təhsilin inteqrasiyasından söz açıb.

            Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Əfqan Talıbov konfransa Coğrafiya fakültəsi ilə yanaşı, BDU-nun digər fakültələri, ölkənin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və xarici müəlliflərdən məqalə və tezislərin qəbul olunduğunu  diqqətə çatdırıb.

            Konfransın plenar iclasında Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov, Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyevin çıxışları dinlənilib. Natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi kursundan, müstəqillik illərində Azərbaycan Respublikasının mütərəqqi inkişafından söz açaraq, müasir dövrdə qlobal inteqrasiya və regional inkişaf məsələrinə toxunublar.

            Sonra tələbə və magistrlərin məruzələri dinlənilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs magistri Əmanət Abbaslı “Şuşa şəhərinin mövcud turizm potensialının inkişaf etdirilməsində problemlər və onların həllində animasiyanın rolu”,  BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs magistləri Məlahət Qocayeva "Azərbaycanın ekoloji problemlərinin təhlili",  Kəmalə Məmmədova "Lənkəran rayonunun əsas qida ehtiyatlarının qiymətləndirilməsi", III kurs tələbəsi Hökümə Orucova "Mineral resources and economical development of the territories freed from occupation" adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Qarabağ və Şərqi Zəngəzurun təbii, mineral və xammal ehtiyatları, turizm potensialı, onların iqtisadiyyatın dayanıqlı inkişafına təsiri qiymətləndirilib. Həmçinin şəhər və kəndlərdə ətraf mühitə təsir edən amillər, onların qiymətləndirilməsi və ekoloji problemlərlə mübarizə tədbirləri barədə məlumat verilib, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

            Sonda “Ekvatordan Qütblərə” elmi-populyar jurnalının və “Azərbaycan coğrafiyası” kitabının təqdimatı keçirilib, konfransda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.

            Konfrans öz işini bölmələr üzrə davam etdirib.

            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı
            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı
            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı
            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı
            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı
            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı
            BDU-da Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair Respublika elmi-praktik konfransı

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025