BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq: milli qurtuluşdan müasir inkişafa doğru” adlı dəyirmi masa

            BDU-da “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq: milli qurtuluşdan müasir inkişafa doğru” adlı dəyirmi masa

            14 İyun 2022 13:55

            BDU-da “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq: milli qurtuluşdan müasir inkişafa doğru” adlı dəyirmi masa

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Milli Qurtuluş Gününə və Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq: milli qurtuluşdan müasir inkişafa doğru” mövzusunda dəyirmi masa keçirilib.
            Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilası və davamlı inkişafın təməllərinin qoyulduğunu diqqətə çatdırıb. Zaur Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub, beləliklə də Azərbaycanı bütöv görmək istəyən ulu öndər Heydər Əliyevin ən böyük arzusu həyata keçirilib.
            Tədbirdə, eyni zamanda, Zaur Əliyev Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin iştirakçısı olduğu bütün beynəlxalq platformalarda dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrildiyini bildirib. Ölkəmizin UNESCO ilə əməkdaşlığının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi vurğulayan Zaur Əliyev işğaldan azad edilmiş ərazilərimizdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpasının dövlətimiz üçün prioritet təşkil edən məsələlər sırasında yer aldığını və bu sahədə Heydər Əliyev Fondunun böyük layihələr icra etdiyini diqqətə çatdırıb.
            Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində təhsil hüququ”, Milli Məclisin deputatı, professor Nizami Səfərov “Müharibə zamanı mədəni sərvətlərin qorunması rejiminin pozulması: müharibə cinayəti və ya mədəni soyqırımı?”, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov “Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlığın başlıca istiqamətləri”, Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova “Avropa Şurasının Hüquq fakültəsi ilə əməkdaşlığı”, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov “Mübahisələrin alternativ həlli yeni trend kimi: BDU-nun Hüquq fakültəsinin mediasiya islahatlarında rolu”, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil beynəlxalq münasibətlərdə yumşaq güc aləti kimi: Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığı”, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Azərbaycan Respublikasının daxili işlər orqanları və beynəlxalq təşkilatlar: əməkdaşlığın perspektivləri”, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev “İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının fəaliyyətinin əsas istiqamətləri”, Hüquq fakültəsinin Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov “Azərbaycan və Avropa İttifaqı: inkişaf perspektivləri”, Hüquq fakültəsinin IV kurs tələbəsi, Tələbə elmi cəmiyyətinin sədri Ceyhun Xəlilov “Tələbə elmi cəmiyyətinin Hüquq fakültəsinin inkişafında rolu” mövzularında məruzə ilə çıxış ediblər.
            Tədbirin sonunda iyunun 6-8-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilmiş Beynəlxalq Humanitar Hüquq üzrə məhkəmə müsabiqəsində birinci yerə layiq görülmüş Hüquq fakültəsinin IV kurs tələbələri Məryəm Atakişiyeva, Röya Məlikzadə və Kənan Qayıbov Hüquq fakültəsinin dekanı Zaur Əliyev tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025