BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

            2 Fevral 2023 14:39

            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU)  2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
            Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Gəncləri Günü 26 il bundan öncə Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla təsis edilib. Məhz Ümummilli liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin mükəmməl qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Hazırda Ulu öndər Heydər Əliyevin ləyaqətli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə gənclər siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclər hər bir dövlətdə insan kapitalının mühüm və ayrılmaz tərkib hissəsidir. 104 yaşlı Bakı Dövlət Universiteti də dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinin gerçəkləşməsinə, könüllülük fəaliyyətinin genişlənməsinə öz töhfələrini verir.  Ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. BDU-da tələbələrin elmi potensialının üzə çıxarılması istiqamətində yüksək nailiyyətlər əldə edən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, müxtəlif tələbə gənclər təşkilatları fəaliyyət göstərir.  
            Elçin Babayev Zəfər salnaməsini yazan Azərbaycan gənclərinin xoşbəxt olduqlarını bildirib: “Azərbaycan gəncləri qalib ordunun əsgərləri, azad Qarabağda quruculuq işlərində çalışan fədakar insanlardır. Azərbaycan gəncləri Xankəndi-Şuşa yolunda gecə-gündüz keşikdə dayanan qeyrətli oğul və qızlarımız, dövlətimizin bircə qarış torpağı uğrunda göz qırpmadan canını fəda etməyə hazır olan insanlardır”.
            Milli Məclisin üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Hacıyev ölkə əhalisinin 26 faizini gənclərin təşkil etdiyini və onların bütün strukturlarda fəal təmsil olunduqlarını bildirib. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə,  İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Sərxan Veysəlli, Coğrafiya fakültəsinin müəllimi Eltac Cəbiyev, “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova, Biologiya fakültəsinin IV kurs tələbəsi, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin üzvü Elnur İmaməliyev, Hüquq fakültəsinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Nəzrin Sadıqova çıxışlarında Azərbaycan gənclərinin müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.
            Tədbirdə BDU-nun 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş  “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.  
            Daha sonra tədris göstəricilərinə görə fərqlənən 13, BDU-nun ictimai həyatında fəal iştirak edən 25 tələbəyə təşəkkürnamələr təqdim olunub.  
            Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub
            BDU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

            Son XƏBƏRLƏR

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            02.09.2026 | 16:21

            BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

            01.09.2026 | 17:10

            İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            01.09.2026 | 16:56

            BDU tələbələrinin nəzərinə!

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025