BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar

            BDU-da “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar

            17 Aprel 2023 12:52

            BDU-da “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının təşəbbüsü ilə “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru, “House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva, Mərkəzin direktoru, “Child with a future” Fondunun təmsilçisi, sosial inteqrasiya üzrə mütəxəssis Villiam Albert Peters, ABŞ-ın Adelfi Universitetində Xüsusi pedaqogika kafedrasının assistenti, təhsil elmləri doktoru Stiven Shore iştirak ediblər.
            Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov bildirib ki,  təhsildə sosial psixoloji yardım və korreksiyaedici təlim ixtisaslarında təhsil alan tələbələr üçün bu elmi seminarın böyük əhəmiyyəti olacaq. Çünki Stiven Shore və Villiam Albert Peters özləri də autizmdən əziyyət çəkirlər, bu sahədə onların böyük təcrübəsi var.

            “House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva çıxışında qeyd edib ki, bugünkü görüş Sosial elmlər və psixologiya fakültəsi ilə səmərəli əməkdaşlığın əsasını qoymaqla yanaşı, tələbələrin autizmdən əziyyət çəkən insanlarla işləmək  bacarıqlarına yiyələnmələrində önəmli rol oynayacaq.

            ABŞ-ın Adelfi Universitetində Xüsusi pedaqogika kafedrasının assistenti, təhsil elmləri doktoru Stiven Shore valideynlərinin böyük fədakarlığı və güclü dəstəyi ilə bu xəstəliyə qalib gəldiyini bildirib. O, öz şəxsi təcrübəsi ilə bağlı tələbələrə məlumat verib və autizm xəstəliyinin öhdəsindən gəlmək üçün uşaqlarda müvafiq sosial bacarıqların formalaşdırılması yollarından danışıb.

            Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova isə diqqətə çatdırıb ki, autizmdən əziyyət çəkən mütəxəsislərin çıxışları nəticəsində tələbələr  autizmli uşaqlarla pedaqoji, yaradıcı işin incəliklərini, metod və texnologiyalarını, didaktik oyunların qaydalarını öyrənirlər.

            BDU-da “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar
            BDU-da “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar
            BDU-da “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar

            Son XƏBƏRLƏR

            04.09.2026 | 15:51

            BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

            04.09.2026 | 13:29

            BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

            04.09.2026 | 13:27

            BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

            03.09.2026 | 12:37

            BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

            03.09.2026 | 12:02

            Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025