BDU-da “Adaptasiya” mövzusunda təlim keçirilib
SOSİAL
6 Oktyabr 2025 15:27

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun (PYS) psixoloqu Natəvan Həsənzadə Universitetin "Tələbə evi"ndə birinci kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlim keçib.
Təlimin məqsədi tələbələrin yeni tədris mühitinə uyğunlaşmasını asanlaşdırmaq, psixoloji və fərdi inkişafını dəstəkləmək olub. Qeyd olunub ki, Universitet həyatına tez adaptasiya tələbələrin təlim-tədris prosesində uğur qazanmasında mühüm rol oynayır.
Təlim zamanı iştirakçılara adaptasiya anlayışı, onun insan həyatının müxtəlif sahələrinə təsiri, mərhələləri və müddəti barədə ətraflı məlumat verilib. Tələbələr psixoloji testlər vasitəsilə öz adaptasiya səviyyələrini müəyyənləşdirə biliblər.
Sonda Natəvan Həsənzadə tələbələrə tapşırıqlar təqdim edib, onların suallarını cavablandırıb.
Son XƏBƏRLƏR
25.06.2026 | 00:00
Müzəffər Komandan, qalib Ordu
25.06.2026 | 14:52
BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub
25.06.2026 | 14:41