BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ADA Universitetinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Vətən dili” dərsliyinin müzakirəsi keçirilib

            BDU-da ADA Universitetinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Vətən dili” dərsliyinin müzakirəsi keçirilib

            17 Mart 2022 11:22

            BDU-da ADA Universitetinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Vətən dili” dərsliyinin müzakirəsi keçirilib

            Bakı Dövlət Universitetində (BDU) ADA Universitetinin təşəbbüsü ilə nəşr olunmuş “Vətən dili” dərsliyinin latın qrafikası ilə yeni nəşrinin müzakirəsi keçirilib.

            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, ADA Universitetinin rektoru professor Hafiz Paşayevin təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gətirilən - 1918-1920-ci illərdə çap edilmiş “Azərbaycan” qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrləri, Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpası, “Bir müəllimin manifesti” kimi dəyərli layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir.

            Rektor vurğulayıb ki, təxminən 40 il azərbaycanlı uşaqların və müəllimlərin əvəzedilməz dərsliyi olan, I hissəsi 1882, II hissəsi 1888-ci illərdə işıq üzü görmüş “Vətən dili” dərsliyinin bütövlüklə, hər iki cildi bir kitaba daxil edilməklə yenidən nəşr olunması çox önəmli, tarixi hadisədir. Milli nəşrlər sırasında xüsusi yer tutmuş, dəyərli ziyalılar Aleksey Çernyayevski və Səfərəli Vəlibəyovun tərtib etdiyi “Vətən dili” dərsliyi vaxtilə Cənubi Qafqazda azərbaycanlı uşaqlar və müəllimlər üçün mükəmməl dərs vəsaiti kimi geniş istifadə olunub, həm Qori Seminariyasının, həm də onun varisi olan Qazax Müəllimlər Seminariyasının rəsmi dərsliyi kimi mühüm tədris vəsaitinə çevrilib. Xoşməramlı təşəbbüsə və savab əmələ görə bu gün təkcə ölkəmizdə deyil, həm də regionda ən qabaqcıl ali təhsil müəssisəsi kimi tanınan, dünyanın nüfuzlu universitetləri sırasında layiqli yer alan ADA Universitetinin rektoru, görkəmli icti¬mai xadim, diplomat, alim, nüfuzlu elm və təhsil təşkilatçısı, dərin zəkalı və milli ruhlu ziyalımız Hafiz Paşayevə və onun rəhbərliyi altında bu dəyərli nəşrləri ərsəyə gətirən yaradıcı kollektivə təşəkkür edən rektor qeyd edib: “140 il əvvəl işıq üzü görən bu kitab sadəcə həmin dövrlə tanışlıq deyil. Belə kitablar bütün dövrlərdə ən yaxşı tədris vəsaiti hesab olunur, təkcə bilik vermir, həm də vətəndaş yetişdirir. “Vətən dili”ni yalnız kitabxanalara verməklə kifayətlənməməliyik. Onu xarici ölkələrdəki diaspor təşkilatlarımıza da paylamaq lazımdır. Kitabın dərs vəsaiti kimi BDU-da müvafiq ixtisaslarda tədris prosesində istifadə olunması barədə düşünürük”.

            ADA Universitetinin prorektoru Fariz İsmayılzadə BDU ilə ADA Universiteti arasında çoxşaxəli əməkdaşlıq olduğunu və qarşıdakı illərdə bu əlaqələrin daha da genişlənəcəyini qeyd edib. Fariz İsmayılzadə vurğulayıb ki, son illər  BDU ilə ADA Universiteti “BLACKBOARD” elektron tədris sisteminin tətbiqi, Qazax Müəllimlər Seminariyası üçün təlimçilərin hazırlanması istiqamətində uğurlu əməkdaşlıq edib. “Vətən dili” kitabını transliterasiya edən, qeyd və şərhlərin müəllifi də BDU-nun Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlıdır. ADA Universitetinin həyata keçirdiyi layihələrin böyük alim və vətəndaş olan Hafiz Paşayevin təşəbbüsü ilə gerçəkləşdiyini vurğulayan Fariz İsmayılzadə bildirib ki, Qazax Müəllimlər Seminariyasının regional əhəmiyyəti böyükdür. Artıq Gürcüstandan olan azərbaycanlılar bu Seminariyada oxumaq üçün müraciət edirlər.

            Daha sonra BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, AMEA-nın müxbir üzvü, professor Təhsin Mütəllimov, BDU-nun Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu (Bayramlı) kitabla bağlı fikirlərini bildirib, “Vətən dili”nin təcrübəsindən milli dərslik siyasətində istifadə olunmasını təklif ediblər.

            BDU-da ADA Universitetinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Vətən dili” dərsliyinin müzakirəsi keçirilib
            BDU-da ADA Universitetinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Vətən dili” dərsliyinin müzakirəsi keçirilib
            BDU-da ADA Universitetinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Vətən dili” dərsliyinin müzakirəsi keçirilib
            BDU-da ADA Universitetinin təşəbbüsü ilə yenidən nəşr olunmuş “Vətən dili” dərsliyinin müzakirəsi keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025