BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da 1918-1919-cu illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib

            BDU-da 1918-1919-cu illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib

            25 May 2022 18:30

            BDU-da 1918-1919-cu illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib

            Bakı Dövlət Universitetində (BDU) 1918-1919-cu illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib.

            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə yaşanmış əlamətdar hadisələri canlandıran “Azərbaycan” qəzetinin 20 cildlik tam külliyyatının ilk iki cildi ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Azərbaycan tarixinin çox önəmli dövrünü əks etdirən və milli jurnalistikamızın formalaşmasında müstəsna xidmətləri olan “Azərbaycan” qəzetinin yenidən işıq üzü görməsi, oxuculara qayıdışı ölkəmizin ictimai və mədəni həyatında əlamətdar hadisədir.

            Milli dəyərlərin təbliğində mühüm rol oynamış qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməklə toplu şəklində geniş ictimaiyyətə təqdim edilməsi yeni reallıqda dövlətçilik tariximizin öyrənilməsində, uzun illər xalqımızdan və eləcə də elmi ictimaiyyətdən gizlədilmiş, təhrif edilmiş bir çox faktların üzə çıxarılmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə tədqiqatçıların heç də hamısının yüz il bundan öncə nəşr olunmuş dövri mətbuat nümunələrini ərəb qrafikasından oxumaq imkanlarına malik olmadığını nəzərə aldıqda ADA Universitetinin həyata keçirdiyi bu layihənin mahiyyəti və tarixi əhəmiyyəti bir daha üzə çıxır.

            Rektor vurğulayıb ki, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin bilavasitə təşəbbüsü, gərgin əməyi, zəhməti sayəsində ərsəyə gələn bu kitablar Cümhuriyyət dövrü tariximizin yazılı abidəsi, salnaməsi kimi olduqca qiymətlidir. Bu dəyərli nəşrlər tarixçi alimlərimizə elmi araşdırmalarında əvəzolunmaz yardımçı olacaq, tədqiqatçıların stolüstü kitablarına çevriləcək.  Bu mənbədən tarixçilərdən, politoloqlardan tutmuş iqtisadçılara, sosioloqlara qədər bütün tədqiqatçılar uğurla istifadə edə, onlarla dissertasiyalar, tədqiqat əsərləri yazıla bilər. Xalqımızın tarixinə xüsusi diqqət və qayğı ilə yanaşan layihə müəllifi və yaradıcı kollektiv ənənəni davam etdirmək məqsədilə I hissəsi 1882, II hissəsi 1888-ci illərdə işıq üzü görmüş “Vətən dili” dərsliyinin də bütövlüklə, yəni hər iki hissəsi bir kitaba daxil edilməklə müasir oxucu üçün anlaşılan dildə təqdim olunmasını zəruri hesab edib və onu nəfis tərtibatda nəşr etdirib.

            Elçin Babayev bu dəyərli nəşrləri ərsəyə gətirən görkəmli ictimai xadim və milli ruhlu ziyalımız Hafiz Paşayevə və yaradıcı kollektivə minnətdarlığını bildirib: “Yəqin ki, bu nəşrlər yaxın gələcəkdə müxtəlif dillərə tərcümə olunaraq Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə, çoxsaylı diaspor təşkilatlarına təqdim ediləcək, tariximizin və mədəniyyətimizin təbliğində mühüm vasitəyə çevriləcək”.

            Daha sonra çıxış edən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, millət vəkili, akademik Nizami Cəfərov, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli, Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Sevinc Qasımova, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında “Azərbaycan” qəzetinin latın qrafikası ilə nəşrinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi, milli, ictimai-siyasi əhəmiyyəti yönündə yüksək dəyərini vurğulayıb, mətbuat tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə olduğunu qeyd edib, ADA Universiteti ilə BDU-nun əməkdaşlığını yüksək qiymətləndiriblər.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025