BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universitetinə qəbul olan abituriyent və subbakalavrların nəzərinə!

            Bakı Dövlət Universitetinə qəbul olan abituriyent və subbakalavrların nəzərinə!

            2 Sentyabr 2022 14:20

            Bakı Dövlət Universitetinə qəbul olan abituriyent və subbakalavrların nəzərinə!

            Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2022-ci il sentyabrın 2-dən sentyabrın 12-si saat 23.59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

            Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

            Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə Bakı Dövlət Universitetinə ayrılmış 5660 plan yerinin 98,29 faizi dolub.

             

            BAKALAVRİAT SƏVİYYƏSİNƏ QEYDİYYAT ÜZRƏ ƏN ÇOX SORUŞULAN SUALLAR

             

            Sual 1. Bakalavriat səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?

            Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb, uyğun səhifəyə keçid edin.

             

            Sual 2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyat etməliyəm?

            Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.

             

            Sual 3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?

            Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə sıxın və açılan pəncərədə əvvəlcə elektron poçt ünvanını, açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.

             

            Sual 4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?

            Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

             

            Sual 5. Bakalavriat səviyyəsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?

            Bildiyiniz kimi, bakalavriat səviyyəsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimi etməlisiniz.

             

            Sual 6. Şəxsi məlumatlarımı necə doldurmalıyam?

            Şəxsi məlumatlarınız avtomatik əks olunur. Siz əlavə olaraq faktiki yaşadığınız ünvan və rayon barədə məlumatları əl ilə daxil etməlisiniz. Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxssinizsə və Azərbaycan Respublikasında fərdi identifikasiya nömrəniz yoxdursa, müəyyən şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər.

             

            Sual 7. Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil.

            Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunub.

             

            Sual 8. Qəbul məlumatlarımı necə daxil etməliyəm?

            Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyinin 146-6 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.

             

            Sual 9. Sənədlərimi hansı formatda əlavə edim?

            Tək-tək bir neçə səhifə yüklənmir. Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.

             

            Sual 10. Hansı xanalar məcburidir?

            Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.

             

            Sual 11. Əlavə sənədlər daxil etmək istəyirəm, amma xana sayı azdır.

            “Digər sənəd” xanasının yanındakı + düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz. Müəssisə tərəfindən hər hansı əlavə sənəd tələb edilmirsə, həmin xanaya məlumat daxil etməyiniz məcburi deyil.

             

            Sual 12. Təhsil haqqından azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəmmi?

            Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Təhsil haqqından azad” addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.

             

            Təhsil haqqından azad olmaq üçün qeyd olunan kateqoriyalar üzrə aşağıdakı sənədləri sistemə yükləmək lazımdır:

            I. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:

            1.  Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            2.  Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş).

             

            II. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”
            Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanununa uyğun olaraq Şəhid ailəsinin üzvləri (Şəhidin əri-arvadı, valideyni, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək):

            1.  Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            2.  Şəhid ailəsi vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            3.  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq edilmiş).

             

            III. (a) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

            1.  Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            2.  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            3.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının (TSEK) verdiyi əlillik haqqında arayış (arayışda əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı yarandığı göstərilməklə),

            4.  Əlillik vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş).

             

            III. (b) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

            1.  Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            2.  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            3.  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (və ya DİN) tərəfindən verilmiş valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

             

            IV. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanununa uyğun olaraq 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud valideyn himayəsindən məhrum olan abituriyentlər:

            1.  Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),

            2.  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq edilmiş),

             

            Valideynlərlə bağlı (hər ikisinin):

            3. Vəfat etmiş valideyin(lər)in ölüm haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq edilmiş),
            4. Əlilliyi olan valideyn(lər) barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının (TSEK) verdiyi əlillik haqqında arayış və əlillik vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),
            5. Valideyn(lər)in valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması, xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilməsi barədə məhkəmə qətnaməsi,
            6. Valideyn(lər)in məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı,
            7. Valideyn(lər)in cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı,
            8. Valideyn(lər)in uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsi,
            9. Tələbənin qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilməsini təsdiq edən müvafiq sənədlər.

            Qeyd 1: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sonradan övladlığa götürüldükdə də təhsil haqqından azad olunma hüququ saxlanılır.
            Qeyd 2: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər) də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla eyni hüquqlara malikdir.

            V. “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 may 2019-cu il tarixli Sərəncamına əsasən, Sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I və II qrup əlilliyi olan şəxslər:
            1. Şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş),
            2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının (TSEK) verdiyi “18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdud olması haqqında” və ya “əlillik haqqında (yaşı 18-i keçdikdə)” arayış,
            3. Əlillik vəsiqəsinin surəti (notarial qaydada təsdiq edilmiş).

             

            Sual 13. Təhsil tələbə krediti əldə etmək üçün müraciət etmək istəyirəm. Nə etməliyəm?

            TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemində qeydiyyata düşməlisiniz, paralel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TKK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür.

             

            Sual 14. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?

            Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir. Kabinetinizə daxil olan bildirişləri yekun qərar verilənədək izləməyiniz vacibdir.

             

            Sual 15. Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?

            Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.

             

            Sual 16. Təhsil haqqımı necə ödəməliyəm?

            Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” statusu təyin edilməlidir. Müraciətiniz “ödəniş edilməlidir” statusu aldıqda tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin.

            Bu zaman aşağıdakı addımları edə bilərsiniz:

             

            Addım 1. Tələbə şəxsi kabineti vasitəsilə ödəniş edə bilər. (Artıq bankla ödəniş etmiş şəxslər qəbz yükləyə bilərlər).

            Addım 2. Tələbə gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, “Bütün xidmətlər”dən “Təhsil” düyməsini seçmək, sonra “Ali təhsil müəssisələri” xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə lazımi xanalar doldurularaq məlumatlar daxil edilməlidir. Ödəniş icra edilə bilər.

            Addım 3. Tələbələrə “ödəniş edilməlidir” statusu təyin edildikdən sonra onlar banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirməlidir. Bu zaman tələbələr FİN və ya ATİS-də formalaşan invoys təqdim edərək ödəniş edirlər (İnvoys şəxsi kabinetdə öz əksini tapır).

            Qeyd: İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (oğlanlar üçün) məcburi sənəd kimi tələb edilməlidir. Bu, ümumi təhsil bazasından qəbul olanlar üçün məcburi deyildir.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025