BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universitetində Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin açılışı olub

            Bakı Dövlət Universitetində Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin açılışı olub

            TƏDRİS 19 Mart 2026 15:58

            Bakı Dövlət Universitetində Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin açılışı olub

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz BDU və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə İnformasiya Təminatı Mərkəzinin bazasında yenidən qurulub və Universitetdə informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik sahələrində tədris və tədqiqat fəaliyyətinin gücləndirilməsinə xidmət edəcəkdir.

            Mərkəzin yeni konsepsiya ilə istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda ali təhsil müəssisələrinə verilən çağırışlara cavab olaraq həyata keçirilmiş təşəbbüslərdəndir. Belə ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin genişləndirilməsini prioritet istiqamətlər kimi müəyyən edir. Eyni zamanda, həmin tarixdə imzalanmış Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə institusional yanaşmanın gücləndirilməsinə xidmət edir. Bu təşəbbüs ali təhsil müəssisələrinin rəqəmsal bacarıqların inkişafı, süni intellekt və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış kadr hazırlığı, elmi-tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsi üzrə öhdəliklərinin icrasını təmin etməyi nəzərdə tutur.

            Yenilənmiş Mərkəzin əsas məqsədi müasir texnoloji çağırışlara cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla inteqrasiyası, innovativ tədqiqat mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Mərkəzin universitet–sənaye əməkdaşlığının inkişafına, tətbiqyönümlü layihələrin hazırlanmasına və tələbələrin real texnoloji problemlərin həllinə cəlb olunmasına xidmət etməsi nəzərdə tutulur.

            Mərkəzin konsepsiyası süni intellekt, kibertəhlükəsizlik və kriptoqrafiya istiqamətləri üzrə inteqrasiya olunmuş fəaliyyət mühiti yaratmağa yönəlib. Süni intellekt istiqaməti maşın öyrənməsi, böyük verilənlərin analizi və ağıllı sistemlərin hazırlanması üzrə tədris və tətbiqi imkanları təqdim edir. Kibertəhlükəsizlik fəaliyyəti informasiya sistemlərinin qorunması, şəbəkə təhlükəsizliyinin təmin edilməsi və kiberhücumların qarşısının alınması üzrə praktiki bacarıqların inkişafına yönəlir. Kriptoqrafiya isə məlumatların qorunması, təhlükəsiz rabitənin təmin edilməsi və müasir şifrələmə texnologiyalarının tətbiqi üzrə praktiki bacarıqların inkişafını əhatə edir.

            Mərkəz müasir tələblərə uyğun əsaslı təmir olunub və qabaqcıl texnoloji avadanlıqlarla təmin edilib. Burada kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “firewall” sistemləri, SIEM platforması, şəbəkə simulyatorları və virtual laboratoriya mühitləri tətbiq edilib. Tədris və tədqiqat prosesini dəstəkləmək üçün virtualizasiya həlləri, analitik və təlim platformalarına çıxış imkanları yaradılıb, həmçinin məntiq analizatoru və digər xüsusi təyinatlı qurğular vasitəsilə praktiki və eksperimental fəaliyyət üçün geniş şərait təmin olunub. Eyni zamanda, müasir avadanlıqlar və iş mühiti qurularaq tələbələr üçün komfortlu və funksional tədris məkanı yaradılıb.

            Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elchin Babayev Mərkəzin yenilənməsinin dövlətin ali təhsil sahəsində innovasiya və rəqəmsallaşma siyasətinə göstərdiyi dəstək və qayğının təzahürü olduğunu vurğulayıb. Rektor bildirib ki, Mərkəzdə kibertəhlükəsizlik, kriptoqrafiya və süni intellekt kimi üç mühüm istiqamət üzrə müasir dövrün çağırışlarına cavab verən kadrlar hazırlanacaq. Yaradılan müasir infrastruktur tələbələrin praktiki hazırlığını artıracaq, innovativ düşüncə tərzini inkişaf etdirəcək və onların beynəlxalq əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına imkan verəcək.

            Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kang Kymgu çıxışında Azərbaycan ilə Koreya arasında təhsil və texnologiya sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini və BDU-nun bu prosesdə mühüm rol oynadığını qeyd edib. O bildirib ki, BDU-da Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi iki dost ölkə arasında münasibətlərin inkişafının mühüm halqası ola bilər: “İstərdik ki, bu Mərkəzin istifadəçiləri Azərbaycanda informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinin güclənməsinə töhfə versinlər. Mərkəzdən istifadə edən tələbələrin Azərbaycan–Koreya əlaqələrinin inkişafında körpü olmalarını arzulayıram”.

            Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi BDU-da rəqəmsal təhsil və tədqiqat mühitinin inkişafına, innovativ yanaşmaların tətbiqinə və tələbələrin qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edən mühüm platformadır.

            TƏDRİS BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025