BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “AzerGold”un müşavirinin BDU-da ustad dərsi

            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi

            TƏDRİS 26 Noyabr 2025 13:23

            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi

            Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “AzerGold” QSC-nin müşaviri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev fakültənin professor-müəllim heyəti üçün ustad dərsi keçib.

            Şahbəddin Musayev  “AzerGold” QSC tərəfindən “Müasir innovativ kəşfiyyat metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusunda keçirilən ustad dərsində dövlət şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri, ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” tərəfindən icra edilən proqrama əsasən, Kiçik Qafqaz sıra dağları – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasını əhatə etməklə ümumilikdə 15 409 km² sahədə kompleks geoloji tədqiqatların aparılması nəzərdə tutulub.

            Təqdimatda həmçinin dövlət şirkəti tərəfindən helikopterlə aparılan müasir və qeyri-invaziv axtarış metodlarından biri olan aeroelektromaqnetik tədqiqatlardan söz açılıb. Qeyri-invaziv tədqiqatların əhəmiyyəti, bu metodun daha qısa müddətdə perspektivli sahələrin müəyyən olunmasına və yüksək maliyyə tələb edən buruqqazma işlərinə qənaət edilməsinə verdiyi töhfələr, eləcə də ekoloji səmərəliliyi vurğulanıb. Geoloq eyni zamanda mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi ilə bağlı görülən işlərdən də danışıb, Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqatların gedişatı barədə ətraflı məlumat verib.

            “AzerGold”un müşaviri qurumun 9 illik fəaliyyəti ərzində hasilat, ixrac, vergi və sosial ödənişlər, pərakəndə satış həcmləri, gəlirlər üzrə statistik göstəricilər, həmçinin həyata keçirilən sosial məsuliyyət layihələri barədə məlumatları da iştirakçılara təqdim edib.

            Ustad dərsi sual-cavab və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi
            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi
            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi
            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi
            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi
            “AzerGold”un müşavirinin BDU-da ustad dərsi
            TƏDRİS

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025