Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) fəlsəfə doktoru Kyungin Kang Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşüb.
Görüşdə BDU-nun rektoru Elçin Babayev, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, BDU-da fəaliyyət göstərən Sei Jong İnstitutunun əməkdaşı Kim Donghyun və tələbələr iştirak ediblər.
Qonaq tələbələrlə Koreya dilində söhbət aparıb, onların bu ölkəyə olan maraqlarını, BDU-da Koreya dilinin, koreyaşünaslığın tədrisini yüksək qiymətləndirib. Eyni zamanda Bakıya səfəri və BDU ilə bağlı təəssüratlarını bölüşüb. Kyungin Kang tələbələrə gələcəkdə təhsillərini Koreyanın ali təhsil müəssisələrində davam etdirməyi təklif edib.
Görüş tələbələrin suallarının cavablandırılması ilə davam edib.