DAAD BDU tələbələri üçün məlumatlandırma tədbiri keçirib
"BDU Könüllüləri" təşkilatı tərəfindən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) tələbələr üçün məlumat tədbiri keçirilib.
Görüşdə DAAD-ın Tbilisidəki regional ofisinin rəhbəri Gebhard Reul və regional ofisin Azərbaycan üzrə koordinatoru Sevər Qarayeva tələbələrə Almaniyada təhsil və tədqiqat imkanları barədə ətraflı məlumat verib.
Görüş iştirakçıları DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar. Bildirilib ki, 1950-ci ildə yaradılan DAAD təqaüdlərini indiyədək 1 milyondan çox insan qazanıb və təhsilini Almaniyada davam etdirib. Azərbaycan Almaniyada DAAD təqaüdləri ilə təhsil almaq sayına görə dünyada ikinci yerdədir.
Daha sonra qonaqlar BDU tələbələrinin suallarını cavablandırıblar.