BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Qumru Ağazadə qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək. 8 moduldan ibarət olan təlim paketində iştirakçılara şəxsi inkişaf, iş bacarığı və karyera inkişafı, kommunikasiya və ictimai bacarıqlar, vaxt idarəsi və planlaşdırma, liderlik keyfiyyətləri, özünə inam və özünü qiymətləndirmə üsulları, hədəflərin düzgün təyini, məğlubiyyətin əsas səbəbləri öyrədiləcək.
Qeyd edək ki, Qumru Ağazadənin “Gəncliyin gücü” adlı layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələr üzrə qrant müsabiqəsi çərçivəsində reallaşacaq.