BDU-nun professoru Sevinc Hacıyeva COP29 çərçivəsində “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dəniz canlılarının qorunmasına dair çəkilmiş “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib.
Professor Sevinc Hacıyeva həmçinin COP29-da təqdim olunan Azərbaycan pavilyonununda “Uşaqların sağlamlığı naminə təmiz hava” adlı toplantıda iştirak edib.