BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda Parlament Modeli Simulyasiyası
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda Parlament Modeli Simulyasiyası keçirib.
Simulyasiya zamanı tələbələr fərqli siyasi mövzularda müzakirələr aparmaqla Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın yollarını və bu məqsədlərdən hansıların daha aktual olduğunu təhlil ediblər. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ölkəmizdə yaranmış yeni reallıqlar və mina təhlükəsinin birgə səylər nəticəsində aradan qaldırılması yolları ilə bağlı təkliflər səsləndirilib. Nəticədə parlament tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən qanun layihəsi qəbul edilib.
Daha sonra "Lin-orph" musiqi klubunun ifası ilə bağlanış mərasimi keçirilib.
Qeyd edək ki, Parlament Modeli Simulyasiyası qeyri-formal təhsil vasitəsi olmaqla tələbələr arasında parlamentin fəaliyyət mexanizmi, fəlsəfəsi haqqında biliklərin artırılmasına, onların analitik düşüncə və debat qabiliyyətinin inkişafına yönəlib.