14 xarici tələbə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində BDU-da təhsil alacaq
2024-2025-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunan 47 xarici tələbədən 14-ü Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.
Onlardan 11 nəfəri Çin Xalq Respublikası, 1-i Serbiya, 1-i Tacikistan, 1-i Rumıniya vətəndaşıdır. Xarici tələbələr BDU-nun “Beynəlxalq münasibətlər”, “Jurnalistika”, “Sosial iş”, “Regionşünaslıq”, “Filologiya”, “Ekologiya”, “Riyaziyyat” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər.