Xavər Tağı qızı Həsənova 26 oktyabr 1958-ci ildə Şəmkir rayonunun Engelskənd kəndində anadan olub. 1976-ci ildə Gədəbəy rayonunun Samanlıq kənd orta məktəbini bitirmişdir. 1976-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisası üzrə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetində “Molekulyar fizika” üzrə “Polietilenqlikol-çaxır turşusunun natrium duzu-su ikifazalı sistemləri tədqiqi” adlı fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
1999-2005-ci illərdə Günəşin Fraunhoter Spektri ETL-də laborant, 2005-2012-ci illərdə Fizika Problemləri İnstitutu “Bioloji sistemlər fizikası” şöbəsində kiçik elmi işçi, 2012-ci ildən indiyə qədər “Biofizika” şöbəsində böyük elmi işçi vəzifəsində çalışır.
Respublika və xarici ölkələrin elmi mətbuatında 60-dan çox elmi əsərin, 5 dərslik və 1 metodik vəsaitin müəllifidir.
BDU-nun Fizika Problemləri İnstitutunun kollektivi əziz həmkarımızı Yubiley münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun mənalı həyat və yeni elmi nəaliyyətlər arzulayır.
Xavər Tağı qızı Həsənovanı 65 illik yubiley ilə təbrik edirik!
