Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 11 iyul tarixli Qərarı ilə Keyfiyyət təminatı mərkəzi yaradılmışdır. Keyfiyyət təminatı mərkəzi (bundan sonra “Mərkəz”) BDU-nun struktur bölməsi olub keyfiyyətin planlaşdırılması, monitorinqi, təhlili, təmini, eləcə də keyfiyyətə nəzarət, metodiki dəstək və davamlı inkişaf funksiyalarını həyata keçirir.
Mərkəzin fəaliyyət istiqamətləri
- Keyfiyyət təminatı və inkişafına yönəlmiş siyasət və prosedurların formalaşdırılması, nəzərdən keçirilməsi, icrası, monitorinqi, eləcə də keyfiyyət mədəniyyətinin qurulması.
- Keyfiyyət təminatı fəaliyyətlərinin səmərəli təşkil edilməsi.
- Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, beynəlmiləlləşmə və elmi-tədqiqat fəaliyyətlərinin keyfiyyətinin monitorinqi, eləcə də müvafiq istiqamətlər üzrə təlim və metodiki dəstək xidmələrinin göstərilməsi.
- Maraqlı tərəflərdən (təhsilalan, təhsilverən, məzun və s.) məmnuniyyət sorğularının keçirilməsi və nəticələrinin təhlil olunması.
- Keyfiyyətin idarəedilməsi və təmini istiqamətində bilik və bacarıqların artırılması məqsədi ilə müxtəlif mövzularda təlimlərin təşkili və müvafiq istiqamət üzrə metodiki dəstəyin göstərilməsi.
- Fəaliyyət istiqamətinə aid formalaşdırılmış müvafiq Komissiyaların və (və ya) işçi qrupların fəaliyyətinin təşkili və əlaqələndirilməsi.
- Nüfuzlu beynəlxalq reytinqlərdə mövcud vəziyyətin təhlili, müvafiq istiqamətdə fəaliyyətin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.
- İnstitusional və (və ya) proqram akkreditasiyası üzrə illik əsasda özünütəhlilin aparılması, eləcə də institusional və proqram akkreditasiyası sonrası verilmiş tövsiyələrin icrasının monitorinqi.
- İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditasiyalarından keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.
Mərkəzin əsas vəzifələri
- Keyfiyyət təminatı siyasətinin maraqlı tərəflərin cəlb olunması ilə hazırlanması, yenilənməsi, təkmilləşdirilməsi və müvafiq fəaliyyət planı əsasında icrası.
- Tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin hazırlanması və dəstəyin göstərilməsi.
- Monitorinqlər zamanı beynəlxalq təcrübəyə uyğun olaraq metodologiyanın formalaşdırılması və monitorinq meyarlarının müəyyənləşdirilməsi.
- Tədris-proqram sənədlərinin (fənn proqramı və sillabus) və tədris-metodiki materialların keyfiyyətinin monitorinqi.
- Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, elmi-tədqiqat və beynəlmiləlləşmə istiqamətində fəaliyyətlərin keyfiyyətinin monitorinqi.
- Maraqlı tərəflərdən (təhsilalan, təhsilverən, məzun və s.) məmnuniyyət sorğularının keçirilməsi və nəticələrinin təhlili.
- Tələbə dəstək xidmətlərinin (Tibbi xidmət, psixologiya xidməti, tyutor xidməti, yataqxana, yeməkxana və s.) səmərəliliyinin qiymətləndirilməsi.
- Ali təhsil pilləsi üzrə institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları əsasında şöbələrin hesabatlılığının formalaşmasının, eləcə də illik əsasda özünütəhlilin aparılmasının təmin olunması.
- Ali təhsil pilləsi üzrə institusional və (və ya) proqram akkreditasiya qiymətləndirilməsi zamanı Təşkilat Komissiyasının fəaliyyətinə və özünütəhlilin aparılması prosesinə nəzarət edilməsi.
- Akkreditasiya sonrası verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqi.
- Keyfiyyət təminatı sahəsində beynəlxalq və yerli təcrübənin öyrənilməsi və müvafiq qaydada yerli konteksdə icrası.
- Biliyi qiymətləndirmənin şəffaf, obyektiv, tələbəyönlü və səriştə əsaslı olmasının mütəmadi monitorinqi.
- Keyfiyyətin təminatına dair təlimlərin, seminarların, dəyirmi masa müzakirələrinin təşkili.
- Akademik dürüstlüyün təşviqi, akademik müstəqilliyin qorunması üçün tədbirlərin görülməsi və köçürmə hallarına qarşı mübarizə fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi.
- Fəaliyyət istiqamətinə uyğun analitik materialların və (və ya) təlimatların hazırlanması və metodiki dəstəyin göstərilməsi.
- Fəaliyyət istiqamətinə aid formalaşdırılmış müvafiq Komissiyaların və (və ya) işçi qrupların fəaliyyətinin təşkili və əlaqələndirilməsi.
- Universitetin nəzdində fəaliyyət göstərən Filial, Kollec və Liseyə keyfiyyət təminatı sahəsində dəstəyin göstərilməsi.
- Nüfuzlu beynəlxalq reytinqlərdə mövcud vəziyyətin təhlili, müvafiq istiqamətdə fəaliyyətin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.
- İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditayalarında keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.
- Öz fəaliyyət istiqamətinə uyğun olaraq hesabatlılığın müvafiq qaydada və müəyyən olunmuş tezlikdə təmini.
- Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq siyasət sənədlərinin və hesabatlarının hazırlanması və müvafiq qaydada əlçatanlığının təmin olunması.
- Beynəlxalq nüfuzlu reytinqlərin metodologiyasına uyğun olaraq məlumatların davamlı olaraq müvafiq struktur bölmələrdən toplanması və portal üzrə yerləşdirilməsi.
- Akademik heyətin pedaqoji, tədqiqat və İKT bacarıqlarının artırılması istiqamətində davamlı inkişaf fəaliyyətlərin aparılması.
- Rektor tərəfindən Mərkəzə həvalə edilmiş bu Əsasnamə ilə müəyyən olunmuş səlahiyyətlərin daxilində digər funksiyaların həyata keçirilməsi. Keyfiyyətin təminatına dair təlimlərin, seminarların, dəyirmi masa müzakirələrinin təşkili;
Mərkəzin əsas hüquqları
- Struktur bölmələrdən müvafiq məlumatları tələb etmək, təqdim olunmuş məlumatları nəzərdən keçirmək və məlumatların etibarlı, əsaslı və yetərli olmasını müəyyənləşdirmək və düzəlişlər tələb etmək.
- Keyfiyyət təminatı sisteminin səmərəliliyinin artırılması məqsədi ilə təkliflər hazırlamaq və müvafiq qaydada təqdim etmək.
- Müvafiq struktur bölmələrdə planlı və növbədənkənar monitorinqlər həyata keçirmək.
- Mərkəzin işinin təşkili üçün formalaşmış Komissiyalar və (və ya) işçi qrupların fəaliyyətini təşkil etmək.
- Keyfiyyət təminatına dair fərdi və ya kollektiv qaydada şifahi dinləmələr və müzakirələr aparmaq.
- Monitorinq sonrası verilmiş tövsiyələrin icrasına dair müvafiq struktur bölmələrdən hesabatlar tələb etmək.
- Yerli və (və ya) beynəlxalq akkreditasiya, eləcə də reytinq ilə bağlı müvafiq struktur bölmələrdən müvafiq sənədlər və (və ya) məlumatları almaq.
- Monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı olaraq struktur bölmələrə tövsiyələr vermək.
- Zəruri hallarda monitorinq zamanı çatışmazlıq aşkar olunmuş struktur bölmə işçilərinə və (və ya) akademik heyətə dair müvafiq qaydada inzibati tənbehin olunması üçün rektor qarşısında məsələ qaldırmaq.
- Struktur bölmə rəhbərlərinə işlərin (xidmətlərin) keyfiyyətinin artırılmasına istiqamətlənmiş tədbirlərin görülməsinə dair tövsiyələr vermək.
- Keyfiyyətin artırılması istiqamətində müvafiq struktur bölmələri və digər maraqlı tərəfləri bu tədbirlərin həyata keçirilməsinə cəlb etmək.
- Yaranmış zərurətlə əlaqədar olaraq iş yerlərinə, auditoriya və laboratoriyalara maneəsiz daxil olmaq, nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirmək.
- Tərkibində fəaliyyət göstərən şöbələrin fəaliyyət planına uyğun icrasını monitorinq etmək, tapşırıqları bölmək və icrasını tələb etmək.
- Səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparmaq.