BDU-nun nəzdindəki Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Kondensə olunmuş hal” fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi “Humantek” komandasının “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “TEKNOFEST-2023” aviasiya, kosmos və texnologiya festivalında III yerə layiq görülmüşdür..
“TEKNOFEST-2023”-ün qalibləri -“Kondensə olunmuş hal” fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirov və “Biofizika” şöbəsinin dissertantı Sara Rəhimzadə çıxış edərək Türkiyənin İstanbul şəhərində keçirilmiş müsabiqə haqqında təəssüratlarını kollektivin diqqətinə çatdırmışdır. “Kondensə olunmuş hal” fizikası şöbəsinin müdiri f.e.d. Fərhad Rüstəmov və İnstitutun direktor müavini Namiq Dərvişov qalibləri təbrik etmiş və bu qələbənin İnstitut kollektivi üçün böyük uğur olduğunu qeyd etmişlər. Daha sonra a.e.i., f.e.d. gülnarə Haqverdiyeva, a.e.i., f.r.e.n. Vidadi Bağıyev, a.e.i., f.r.e.n. Xavər Həsənova, b.e.i., f.f.d. Təranə Əliyeva və b. çıxış edərək qalibləri təbrik etmiş və yeni uğurlar arzulamışlar.