Bakı Dövlət Universitetinin “Tədrisin təşkili və idarə olunması Mərkəzi”nin Əsasnaməsi
- Ümumi müddəalar
- Tədrisin təşkili və idarə olunması Mərkəzi (bundan sonra - Mərkəz) Bakı Dövlət Universitetində tədrisin idarə edilməsinin təkmilləşdirilməsi, müasir idarəetmə mexanizmlərinin yaradılması, tədris prosesinin müasir tələblərə uyğun şəkildə təşkil edilməsi, bakalavriat səviyyəsi üzrə təhsilin keyfiyyətinin idarə olunması sisteminin yüksək səviyyədə kordinasiya edilməsi məqsədilə yaradılmışdır.
- Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və tövsiyyələrini, Təhsil haqqında Qanunu, Bakı Dövlət Universitetinin Nizamnaməsini, Bakı Dövlət Universitetinin rektorunun əmrlərini, BDU-nun Elmi Şurasının qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
- Mərkəz Universitetin tədris prosesinin təşkil, idarə olunduğu əsas struktur bölməsidir və bütün fakültələr, kafedralar və digər struktur bölmələr ilə əlaqəli fəaliyyət göstərir.
- Mərkəz öz adı həkk olunmuş möhürə və müvafiq ştampa malikdir.
- Mərkəzin fəaliyyət istiqamətləri
- Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Dövlət təhsil standartları əsasında Universitetin əsas tədris sənədlərinin – tədris planlarının, işçi tədris planlarının və tədris prosesi qrafiklərinin işlənib hazırlanması zamanı Universitetin bölmələrinin qarşılıqlı əlaqəsinin təmin edilməsi;
- Tədris prosesinin idarə olunmasına dair informasiyanın təhlili və ümumiləşdirilməsi, rektorluğun qərarlarının hazırlanması;
- Tədris prosesinin əsaslandırılmış planlaşdırılması və təşkili;
- Tədrisin bütün formaları üzrə tədris prosesinə və mütəxəssis hazırlığına nəzarət sisteminin informasiya təminatı;
- Tədris prosesinə aid normativ-metodik sənədlərin daim təkmilləşdirilməsi;
- Universitetin tədris sahəsindən istifadəyə nəzarətin edilməsi;
- Tədris prosesinin optimal təşkili məqsədi ilə tabeliyində olan bütün struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi;
- Mərkəzin funksiyaları
- Mərkəzin Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, əsas funksiyaları aşağıdakılardır:
- Universitetdə tədrisin prosesinin səmərəli, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsinin təmin etmək;
- Mərkəzə daxil olan sənədlərin qeydiyyatının aparılması və müvafiq strukturlar üzrə paylanılmasını təmin etmək, həmçinin həmin sənədlərin icrasının həyata keçirilməsinə nəzarət etmək;
- Tədris prosesinin yüksək səviyyədə və mövcud standartlara uyğun şəkildə təşkil etmək;
- BDU-ya (BDU-nun Qazax filialına) qəbul ilə bağlı proqnoz yerlərinin layihəsini hazırlamaq, eyni zamanda Qazax filialı ilə qarşılıqlı əlaqə yaradaraq tədrisin təşkilini həyata keçirmək;
- Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planları hazırlamaq və təsdiq edilməsi üçün Universitet rəhbərliyinə təqdim etmək;
- Tədris prosesinin, imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyasının işinin cədvəllər əsasında planlaşdırılması və tərtibi;
- Rektorun tədris prosesinə dair rəhbər əmr layihələrinin hazırlanması;
- Fakültə dekanlarının təqdimatları əsasında tələbələrin ali təhsil müəssisəsinə qəbulu, xaric olunması, tələbələr sırasına bərpa olunması, eyni zamanda digər ali təhsil müəssisəsinə, bir ixtisasdan digərinə və ya təhsilalma formasını dəyişməklə köçürülməsi, akademik borclarını ləğv etmək məqsədilə dərslərdə iştirak etməsi, soyadı, adı, ata adının dəyişdirilməsi, akademik məzuniyyətin verilməsi, imahanların təşkil edilməsi, tələbələrin kontingentdə saxlanılması, Yekun Dövlət Attestasiyasının keçirilməsi, yay semestrinin keçirilməsi, tələbələrin təqaüdlə təmin edilməsi və s haqqında əmr layihələrinin hazırlanması;
- Tələbə mobilliyinin təmin edilməsi məqsədi ilə təhsil proqramlarının digər daxili və xarici universitetlər ilə müqayisəli təhlilinin həyata keçirilməsi və tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlərin nəzərə alınması haqqında təkliflərın hazırlanması;
- Təhsil haqqından azad olan tələbələr haqqında məlumatların yığılması və onların təhsil haqqında azad olmaları haqqında əmr layihəsinin hazırlanması;
- Boloniya sistemi ilə təhsil alan tələbələrin qiymətlərinə vahid elektron bazada nəzarətin həyata keçirilməsi;
- Eyni zamanda təhsil alan, xaric olunan, digər ali təhsil müəssisəsindən köçürülən və s. tələbələr, məzunlar haqqında məlumatların Tələbə Məzun Dövlət Elektron Məlumat Sisteminə yerləşdirilməsi;
- edu.gov.az portalı vasitəsilə məzunlar haqqında məlumatların yerləşdirilməsi;
- Bakalavriat səviyyəsi üzrə ixtisas və təhsilalma formasından asılı olmayaraq, tələbənin biliyinin cari və aralıq qiymətləndirilməsinin həyata keçirilməsi;
- Müəllim və tələbələrin tədris intizamına riayət etmələrinə nəzarətin edilməsi;
- Tam anonim və könüllülük prinsipləri əsasında müəllim və tələbələrin qiymətləndirilməsinin təşkil edilməsi;
- Akademik məsləhətçilərin (tyutorların) hazırlanması, onların işə qəbulu zamanı rəyin verilməsi;
- İmtahan sessiyasının təşkili və gedişinə nəzarət, onun nəticələrinin ümumiləşdirilməsi və təhlili;
- İmtahan sessiyası zamanı fəaliyyət göstərən imtahan Qərargahına yardım edilməsi;
- Dövlət Attestasiya Komissiyalarının işlərinə nəzarət, Komissiyaların işinin nəticələrinin sədrlərin hesabatları əsasında ümumiləşdirilməsi və təhlili;
- Tələbələr və məzunlar üçün diplomların, akademik arayışların, (dublikat) diplomların dublikatlarının verilməsi, tələbə kartlarının tərtib olunmasına nəzarətin həyata keçirilməsi, həmçinin digər sənədlərin tərtibinin təşkili;
- Kafedraların ştatlarının formalaşdırılması üçün hesablamaların və başqa sənədlərin hazırlanması, müəllimlərin və kafedraların tədris planları və tədris yükləri normasına, tədris yükünün yerinə yetirilməsinə nəzarətin edilməsi;
- Seçki müddəti başa çatmış professor-müəllim heyətinin, eləcə də vakant vəzifələr tutmaq üçün müsabiqə elanının hazırlanması, ərizələrin qəbulu, seçkinin keçirilməsi;
- Saathesabı qaydada dərs aparan müəllimlərin gündəlik dərs uçotunun aparılması və hesablanmış əmək haqqına nəzarətin təşkili;
- Kafedraların və fakültələrin tədris və metodiki işin ayrı-ayrı məsələləri üzrə yoxlanılması, rektorluğun planı əsasənda nəzarət tədbirlərində iştirak;
- Dekanlıq və kafedraların tədris sənədləri blankları ilə təmin edilməsi;
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər idarələrlə, eyni zamanda tədris məsələləri ilə bağlı olaraq vətəndaşlarla yazışmaların həyata keçirilməsi;
- Tələbələrin şəxsi işlərinin tərtibi, şəxsi işlərin hazırlanması və arxivə təhvili, eyni zamanda başqa ali təhsil müəssisələrinə köçürülən tələblərin sənədlərinin hazırlanıb göndərilməsi;
- Auditoriya fondunun vəziyyətinə və səmərəli istifadə olunmasına nəzarət;
- Dövlət statistika hesabatı məlumatlarının hazırlanması;
- Tədris, istehsalat və pedaqoji təcrübələrin təşkili, onların keçirilməsinə dair təcrübə bazaları ilə müqavilə bağlanması, təcrübələrin gedişinə nəzarət edilməsi, təcrübələrin keçirilməsinə dair hesabatların qəbul edilməsi;
- (Əlavə təhsilin müxtəlif istiqamətləri üzrə) Təkrar ali təhsil, kadrların yenidənhazırlanması təhsili üzrə sənədlərini təqdim edən şəxslərin qəbulunu həyata keçirmək, onların qəbul edilməsi haqqında əmr layihəsini hazırlamaq və eləcə də qəbul olan şəxslərin tədris prosesinə nəzarət etmək;
- Qiyabi təhsilalma forması üzrə təhsilalanlar üçün test və yazılı formada imtahanlarının təşkil edilməsi, onların qiymətləndirilməsinə nəzarətin həyata keçirilməsi;
- Dövlət akkreditasiyasına hazırlıq ilə əlaqədar olaraq lazım olan işlərin həyata keçirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanması;
- Mərkəzin hüquqları
- Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
- fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə strukturların və bölmələrin işini əlaqələndirmək;
- səlahiyyətləri daxilində Universitetin fakultələrinə, kafedralarına və digər struktur bölmələrə müvafıq qaydada sorğular ünvanlamaq və onlardan müvafıq məlumatları (sənədləri) almaq;
- Avropa təhsil sisteminə inteqrasiya ilə bağlı olaraq digər ali təhsil müəssisələrin qabaqcıl tədris prosesini öyrənmək, onun tətbiqi sahəsində fəaliyyəti həayat keçirmək və bu istiqamətdə rəhbərlik qarşısında təkliflərlə çıxış etmək;
- tabeliyində olan şöbələrdə, fakültələrdə tədris prosesi ilə bağlı monitorinqlər keçirmək və araşdırmalar aparmaq;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
- Mərkəzin fəaliyyətinin təşkili
- Mərkəzin fəaliyyətinə rəhbərlik rektorun əmrinə əsasən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor tərəfindən həyata keçirilir;
- Direktor ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
- Mərkəzin, tabeliyində olan şöbələrin srukturu və ştat cədvəli Universitetin rektoru tərəfindən təsdiq edilir;
- Mərkəzin direktoru:
- Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
- Tabeliyində olan şöbələrin müdirlərinin təyin edilməsi haqqında rektora təqdimat verir;
- Şöbə müdirləri, Mərkəzin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
- Mərkəz üzrə tədris prosesi ilə bağlı Universitetin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;
- Mərkəzin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Universitetin rəhbərliyinə təqdimatlar verir;
- Daxil olan məktub, ərizə, şikayət, təqdimat və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;
- Mərkəzin hər bir əməkdaşı öz üzərinə düşən vəzifə funksiyalarının layiqincə yerinə yetirilməsinə və Mərkəzin tabeliyində olan şöbələrdə bütün sənədlərin qorunmasına məsuliyyət daşıyır.
Bakı Dövlət Universitetinin Tədrisin təşkili və idarə olunması Mərkəzinin SRUKTURU:
- Tədris prosesinin təşkili şöbəsi;
- Tədris prosesinin idarə olunması şöbəsi;
- Elektron tədris sektoru;
- Tədrisin idarə edilməsi sektoru;
- Təcrübənin təşkili sektoru;
- Təhsil sənədləri və elektron məlumatlar şöbəsi;
- Qiyabi və Əlavə təhsil şöbəsi;
- Magistratura şöbəsi.