ŞÖBƏ HAQQINDA

Tədris prosesinin təşkili şöbəsi;

Təcrübənin Təşkili Sektoru

  • Universitetdə tədris prosesinin səmərəli və mövcud standartlara uyğun təşkilini və ona nəzarətin həyata keçirilməsini təmin etmək.
  • BDU-ya (BDU-nun Qazax filialına) qəbul ilə bağlı proqnoz yerlərinin layihəsini hazırlamaq və Qazax filialı ilə qarşılıqlı əlaqə yaradaraq tədrisin təşkilini həyata keçirmək.
  • Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planları hazırlamaq və təsdiq edilməsi üçün Universitet rəhbərliyinə təqdim etmək.
  • Təhsil haqqından azad olan tələbələr haqqında məlumatların yığılması və onların təhsil haqqından azad olunması ilə bağlı əmr layihəsinin hazırlanması.
  • Tələbələrin təqaüdlə təmin edilməsi üçün əmr layihəsinin hazırlanması.
  • Tələbələr haqqında məlumatların Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində (TMİS) qeydiyyata alınması.
  • Dövlət Attestasiya Komissiyalarının işlərinə nəzarət etmək, komissiyaların nəticələrini sədrlərin hesabatları əsasında ümumiləşdirmək və təhlil etmək.
  • Kafedraların ştatlarının formalaşdırılması üçün hesablamalar və digər sənədləri hazırlamaq.
  • Müəllimlərin və kafedraların tədris planları və tədris yüklərinə uyğunluğunu, həmçinin tədris yükünün yerinə yetirilməsinə nəzarət etmək.
  • Seçki müddəti başa çatmış professor-müəllim heyəti üçün, eləcə də vakant vəzifələr üçün müsabiqə elanını hazırlamaq, ərizələri qəbul etmək və seçkiləri təşkil etmək.
  • Saat hesabı qaydasında dərs deyən müəllimlərin gündəlik dərs uçotunun aparılması və onların əməkhaqqına nəzarət etmək.
  • Kafedraların və fakültələrin tədris və metodiki işlərinin müxtəlif məsələləri üzrə yoxlanılmasını həyata keçirmək.
  • Rektorluğun planı əsasında nəzarət tədbirlərində iştirak etmək.
  • Dövlət statistik hesabatlarının hazırlanmasını təmin etmək.