Təbrik edirik!

5 may hörmətli əməkdaşımız - Ləman Abdullayevanın yubileyidir! Ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq! Yubileyiniz mübarək olsun Ləman xanım!

Abdullayeva Ləman Kamal qızı 05 may 1974-cü ildə Yevlax rayonunda anadan olmuş,

1981-1991-ci illərdə Yevlax rayonu, Ş.Qurbanov adına 8 nömrəli orta məktəbində təhsil alıb. O, 1992-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 1997-cı BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. Ləman Abdullayeva 1998–2006-cı illərdə BDU-nun Fizika fakültəsinin Fiziki elektronika kafedrasının dissertantı olmuş, 2009-cu ildə dissertasiya müdafiə edərək "05.27.01 - Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro- və nanoelektronika" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

1997 – 2018 -ci illərdə BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun, Yarımkeçiricilər fizikası şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb. 2018-ci ildən BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun, Kondensə olunmuş hal fizikası şöbəsində böyük elmi işçi vəzifəsində çalışır.

Metal-yarımkeçirici kontaktların fizikası sahəsində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 50-dən çox elmi işin müəllifidir. “New Materials, Compounds and Applications” -WoS ESCI (Web of Science Emerging Source Citation Index- də indekslənir), Scopus - jurnalının aparıcı redaktorudur.

BDU-nun Fizika Problemləri İnstitutunun kollektivi hörmətli həmkarımızı, Ləman Kamal qızı Abdullayevanı Yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun mənalı həyat və yeni elmi nailiyyətlər arzulayır!