Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı

Tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalıblar. Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxındır davam edir. Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib. Mart soyqırımı öz amansızlığı və miqyasına görə bəşər tarixində də ən qanlı faciələrdəndir.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsi və ötən ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı ilə verildi. 200 ildən çox ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edildi.

Tarix unudulanda təkrarlanır, deyirlər. Bu faciələri bir daha yaşamamaq üçün tariximizi dərindən öyrənmək və öyrətmək hər birimizin vətəndaşlıq borcudur.