ƏLİŞ ÇOBAN OĞLU AĞAMİRZƏYEV

ƏLİŞ ÇOBAN OĞLU AĞAMİRZƏYEV

ƏLİŞ ÇOBAN OĞLU AĞAMİRZƏYEV

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Tel.: (+994 12) 539-03-43

Email: [email protected]

Əliş Çoban oğlu Ağamirzəyev  - filologiya fəlsəfə doktoru, dosent

 

15 mart 1973-cü ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub.

1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.

1994-1998-ci illərdə hərbi xidmət keçib.

1999-cu ildə Bakı Dövlət Universitetini kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ili bitirib.

2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim;

2007-2010-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında müəllim;

2010-2012-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında baş müəllim;

2012-2019-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında dosent;

2019-cu ildə  Bakı Dövlət Universiteti rektorunun humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri vəzifələrində çalışıb.

2019-cu ildən Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir.

2010-cu ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır.

Ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 70-dək elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Norveç, Rumıniya, Türkiyə, Rusiya, Qazaxıstan və Ukraynada çap olunub.
"Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" və "Kitabşünaslıq və redaktor sənəti" elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.


Tədqiqat sahəsi: Publisistika, ictimaiyyətlə əlaqələr, redaktə, ədəbiyyatşünaslıq

Seçilmiş elmi əsərləri:

  • Qəzetlərdə yol verilən dil qüsurları // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 1/1999. S. 7-1
  • Uşaq ədəbiyyatının redaktə xüsusiyyətləri / Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (respublika ali məktəblərarası konfransının materialları). Bakı, 1999. S. 60-61.
  • Müasir dövrdə nəşriyyat fəaliyyətinin problemləri / Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (respublika ali məktəblər arası konfransının materialları) (T.H.Cəfərovla birgə). Bakı,2000. S. 108-110.
  • Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri problemləri / Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş «Müasir tərcüməşünaslıq və mədəniyyətşünaslığın aktual problemləri» mövzusunda tələbə elmi-praktik konfransının materialları. Bakı, 2003. S. 11-12.
  • İnformasiya tələbatının ödənilməsi işində məcburi nüsxələrin yeri. Məcburi nüsxələr sahəsində beynəlxalq təcrübə (Fransa) // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (ali məktəblərarası elmi məqalələr məcmuəsi),  Bakı, 3/2004, S.263-266.
  • Postsovet dövrü Azərbaycanda rus ədəbiyyatının nəşri: öyrənilməsi və perspektivləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 3/ 2006. S.74-77.
  • Müasir dövr rus postmodernist ədəbiyyatı Azərbaycanda // ADU, Elmi xəbərlər, Bakı, 5/ 2007. S.261-265.
  • Издание русской литературы в современном Азербайджане: принципы подхода // Вопросы филологических наук, Moskva, 6/2008. S. 7-9.
  • Müstəqillik dövründə rus ədəbiyyatına münasibətin yeni çalarları //ADU, Elmi xəbərlər, Bakı, 1/2009. S. 257-26.
  • Русская литература в виртуальных изданиях Азербайджана // Наука и жизнь Казаxстана, Alma-ata, 2/2009. S. 179-183
  • Klassik rus ədəbiyyatı postsovet dövrü Azərbaycan mətbuatında // ADU, Elmi xəbərlər, Bakı, 4/2009. S. 311-319.
  • Русская литература «серебряного века» в азербайджанских литературных изданиях постсоветского периода // Актуальные проблемы гуманитарных и естественных наук, Moskva, 1/2010. S. 120-124.
  • Rus ədəbiyyatı Azərbaycanın yeni media orqanlarında // Mütərcim, Bakı, 1/2010. S. 148-154.
  • Postsovet dövründə Azərbaycanda rus ədəbiyyatının tərcüməsi və nəşri istiqamətləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2/ 2010. S. 85-91.
  • Azərbaycanda rus ədəbiyyatının nəşri perspektivləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 4/2010. S.106-110.
  • Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunan latın qrafikalı kitablar arasında rus ədəbiyyatı nümunələri  / Azərbaycanşünaslığın aktual problemləri (Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş I Beynəlxalq elmi konfransın materialları). Bakı, 2010. S. 33-38.
  • Постсоветская русская литература в Азербайджане / «Россия и Восток: язык – культура – ментальность» (Материалы Международной научной конференции студентов, аспирантов и молодых ученых). Vladimir, 2010. S. 324-328.
  • Müstəqillik dövründə  Azərbaycanda rus ədəbiyyatının nəşri istiqamətləri / Xarici dillərin tədrisinin aktual problemləri  (III respublika elmi konfransının materialları). Bakı, 2010. S. 244-246.
  • Издание русской литературы в постсоветском Азербайджане / Основные тенденции развития русского языка: лингвофилософский аспект (Материалы Международной научной конференции). Vladimir, 2010. S. 169-171.
  • Postsovet dövründə Azərbaycanda rus ədəbiyyatının nəşri məsələləri / Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların ümumrespublika elmi konfransının materialları. Bakı, 2010. S. 500-502.
  • Azərbaycan mətbuatında rus ədəbiyyatı (1991-2010-cu illər) // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 1/2012. S. 69-73
  • Литературный период Геббеля Вагнера - эпоха мифотворчества // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2/2012. S. 100-102
  • Postsovet dövrü Azərbaycanda rus ədəbiyyatının yenidən dəyərləndirilməsini şərtləndirən amillər // ADU, Elmi xəbərlər, Bakı, 4/2014. S. 240-246.
  • Rus mühacirət ədəbiyyatı postsovet Azərbaycan mətbuatında (1991-2010) // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 4/2014. S. 92-96
  • Biz niyə oxuyuruq? // ADU, Dil və ədəbiyyat, Bakı, 3/2015, S. 178-184.
  • Mütaliənin təbliğində KİV-nin imkanlarından istifadə // ADU, Dil və ədəbiyyat, Bakı, 6/2015. S. 233-236
  • Müasir dünyada nəşriyyat işinin əsas inkişaf meyilləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 1/2016. S.322-328
  • Prezident sərəncamı ilə nəşr olunan kütləvi nəşrlərin ölkənin mədəni həyatında rolu / “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” Beynəlxalq elmi konfransın materialları. Bakı, 2016. S.309-311.
  • Publisistikanın təşəkkülü və əsas inkişaf mərhələləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2/2017. S. 98-109
  • Publisistika sosial fəaliyyət növü kimi // Qızlar Universitetinin Elmi əsərləri, Bakı, 3/2018. S.49-54
  • Rus mühacirət ədəbiyyatının Azərbaycanda resepsiyası problemi // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 4/2018. S. 148-152
  • Rus mühacirət ədəbiyyatının tədqiqi tarixindən // BSU, Elmi əsərlər: Dil və ədəbiyyat seriyası, Bakı, 2/2018. S. 215-219
  • Birinci dalğa rus mühacirət ədəbiyyatında ədəbi polemikalar // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 3/2019. S. 120-124
  • Birinci dalğa rus mühacirət ədəbiyyatının parlaq siması – İ.Bunin yaradıcılığı // ADU, Dil və ədəbiyyat, Bakı, 2/2019. S.80-85
  • Historical and cultural formation, evolution and ideological direction of Russian emigration literature// Technium Social Sciences Journal (Romania), Vol. 23, September, 2021. S. 755-762.
  • "Bright Image" of the first wave Russian emigration literature - Ivan Bunin// Technium Social Sciences Journal Vol. 26, December, 2021 (Romania). S. 829-835.
  • The Place of Russian Migration Literature in the Teaching of "World Literature" (Ideological and Political Directions of Migration Literature and "World Literature") //Norwegian Journal of development of the International Science, №82/2022. S. 47-51.
  • Rus mühacirət ədəbiyyatının tarixi və mədəni formalaşması, təkamülü //Akademik Tarih ve Düşünce Dergisi, Summer 2022/9-2. S. 470-483


Dərs vəsaiti və proqramları:

  • Nəşriyyat işinin təşkili və idarə olunması. Fənn proqramı. Bakı, Bakı Dövlət Universiteti, 2008
  • Azərbaycan jurnalistika tarixi – I. Fənn proqramı, Bakı, Bakı Slavyan Universiteti, 2016
  • Azərbaycan jurnalistika tarixi – II. Fənn proqramı, Bakı, Bakı Slavyan Universiteti, 2016
  • Publisistikanın nəzəri əsasları: Dərs vəsaiti, Bakı, 2018.