Ramazan bayramınız mübarək!

Bu gün insanların ruhunu və mənəviyyatını saflaşdıran, onları humanizmə, birlik və bərabərliyə dəvət edən müqəddəs Ramazan bayramıdır.

Ramazan ayı insanları xeyirxah əməllərə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır. Ramazan bayramı insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir, mili-mənəvi birlik, humanizm, səbr, dözüm, yardımsevərlik aşılayır.

Mübarək Ramazan bayramı dövlətimizə sülh, firavanlıq, xalqımıza ruzi-bərəkət gətirsin. Oruc və dualarınız həmişə Tanrı dərgahında qəbul olsun!

Ramazan bayramınız mübarək!