Qurban Bayramınız mübarək!

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Bu xoş gündə, Sizə, xüsusi insanlara, daima qəlbimizdə olanlara, sevgimizi, ehtiramımızı, dualarımızı göndəririk. Rəhmət və şəfqət dolu günlərin ən dəyərlilərindən olan Qurban Bayramınız Mübarək olsun!