ORHUN MÜBADİLƏ PROQRAMI

Orhun mübadilə proqramı Türk Şurasına üzv dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığı həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvü olan universitetlər arasında mübadilə proqramdır. Proqram Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında tələbə və professor-müəllim mübadiləsinin prinsip və prosedurlarını özündə əks etdirir.

Orhun proqramı çərçivəsində mübadilə:

Xaricdəki tərəfdaş universitetlərdə təhsil almaq üçün tələbə mübadiləsi - 1 (bir) semestr

Tədris fəaliyyətini həyata keçirmək məqsədilə əməkdaşlıq edən universitetlərin akademik və inzibati heyətlərinin mübadiləsi - 1 (bir) həftə və ya 2 (iki) həftə

BDU-nun əməkdaşları və tələbələrin akademik mübadilə proqramlarında iştirakı prosesində aşağıdakı tələblər nəzərə alınır:

Tələbələr üçün tələblər: Əməkdaşlar üçün tələblər:
  • Ümumi orta müvəffəqiyyət göstəricisi 75-dən yuxarı
  • II və III kurs bakalavr, I kurs magistr tələbələri
  • Dil sertifikatı (IELTS, TOEFL sertifikatının olması arzuolunandır)
  • CV
  • Transkript
  • Motivasiya məktubu
  • Tərcümeyi hal;
  • Motivasiya məktubu;
  • Elmi əsərlərin siyahısı.

 

Tələbələr üçün lazım olan sənədlər: (Yükləmək üçün linklər)

Əməkdaşlar üçün lazım olan sənədlər: (Yükləmək üçün linklər)

Tələbə məlumat forması

Tələbə mübadilə forması

Əməkdaş məlumat forması

Əməkdaş yekun hesabat forması

 

Qeyd: Hazırlıq kurslarında təhsil alan tələbələr, birinci kurs tələbələri və sonuncu kurs tələbələri bu proqramdan yararlana bilməzlər.

 

Daha ətraflı məlumat üçün baxın:

http://turkunib.org/az/site/index

 

Əlavə məlumat üçün aşağidaki email vasitəsilə əlaqə saxlaya bilərsiniz.

E-mail: [email protected]