Ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilən iyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gündür.

Ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilən iyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gündür.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Ümumilli liderin  qoyduğu irsi şərəflə davam etdirən ordumuzun Ali Baş Komandanı,  prezident İlham Əliyevin  ordu quruculuğunda  göstərdiyi böyük diqqətinin nəticəsi olaraq, silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi ilə bugün  Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bu bayramın tarixiləşməsini daha da sürətləndirən və  gücləndirən amillərdən biri oldu. Silahlı Qüvvələrin qüdrəti yalnız hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı kadrlardan da asılıdır.  Bununla bağlı olaraq ölkəmizdə beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.