Mövlanə mübadilə proqramı

Mövlanə beynəlxalq müəllim-tələbə mübadilə proqramı tələbələrə Türkiyənin müxtəlif universitetlərində tədris imkanı verməklə, müəllimlərə tədris prosesində iştirak şansı yaradır.

MÖVLANƏ MÜBADİLƏ PROQRAMI Türkiyə universitetləri ilə dünyanın müxtəlif ölkələrində yerləşən universitetlər arasında müəllim-tələbə mübadiləsini həyata keçirən  proqramdır. Bakı Dövlət Universitetinin tələbələri  Mövlanə beynəlxalq mübadilə proqramı ilə Türkiyənin İstanbul, Ankara, Kafkaz, Gümüşhane, Pamukkale, Çankırı, Atatürk, Uludağ, Hacettepe, Çanakkale, Trakya, Kastamonu universitetlərində təhsil almaq imkanlarına malikdirlər. Mövlanə proqramı çərçivəsində Türkiyə universitetlərində təhsil almaq hüququ qazanan tələbə təhsil müddətində hər ay müvafiq məbləğdə təqaüd alır. Yol xərci proqram çərçivəsində ödənilir. Mübadilə proqramı tələbəyə xaricdə təhsil almaq hüququ verməklə, yeni təcrübə əldə etmək, təhsildə yeni keyfiyyətlərə yiyələnmək və gələcək karyerasının qurulması üçün yeni imkanlara yiyələnmək üçün şərait yaradır. 2017-2023-cü illər ərzində BDU-nun 13 əməkdaşı və tələbəsi sözügedən proqram çərçivəsində Türkiyənin müxtəlif universitetlərində dərs demiş və təhsil almışdır.

Mövlanə proqramı çərçivəsində mübadilə:

Xaricdəki tərəfdaş universitetlərdə təhsil almaq üçün tələbə mübadiləsi - 1 (bir) semestr

Tədris fəaliyyətini həyata keçirmək məqsədilə əməkdaşlıq edən universitetlərin akademik və inzibati heyətlərinin mübadiləsi - 1 (bir) həftə

BDU-nun əməkdaşları və tələbələrin akademik mübadilə proqramlarında iştirakı prosesində aşağıdakı tələblər nəzərə alınır:

Tələbələr üçün tələblər:

Əməkdaşlar üçün tələblər:

  • Ümumi orta müvəffəqiyyət göstəricisi 75-dən yuxarı
  • II və III kurs bakalavr, I kurs magistr tələbələri
  • Türk dili sertifikatı  
  • CV
  • Transkript
  • Motivasiya məktubu
  • Tərcümeyi hal;
  • Motivasiya məktubu;
  • Elmi əsərlərin siyahısı.
Tələbələr üçün lazım olan sənədlər: (Yükləmək üçün linklər) Əməkdaşlar üçün lazım olan sənədlər: (Yükləmək üçün linklər)

 

Daha ətraflı məlumat üçün baxın:

https://mevlana.yok.gov.tr/ana-sayfa

 

Mövlanə müəllim-tələbə mübadilə proqramı çərçivəsində imzalanmış müqavilələr

 

S/N Universitet İxtisaslar

1 Selcuk Universiteti

Geologiya, Beynəlxalq münasibətlər, Sosiologiya


2 İstanbul Universiteti

Jurnalistika, Tarix, Geologiya, Filologiya, Coğrafiya, İqtisadiyyat, Fizika, Kimya, Biologiya


3 Ahi Evran Universiteti

Bütün istiqamətlər


4 Gümüşhane Universiteti

Geologiya, Riyaziyyat, Tarix, İqtisadiyyat, Sosial iş


5 Pamukkale Universiteti

Türk ədəbiyyatı, Riyaziyyat, Biologiya, Fizika, Kimya, İqtisadiyyat


6 Van Yuzuncu Yil Universiteti

Kimya, Riyaziyyat, Fizika, Biologiya, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi


7 Çankırı Universiteti

Psixologiya, Arxeologiya, Coğrafiya, Fəlsəfə, Tarix, İqtisadiyyat, Politologiya, Beynəlxalq münasibətlər


8 Atatürk Universiteti

Filologiya, Beynəlxalq əlaqələr, Tarix, Psixologiya, Filologiya


9 Uludağ Universiteti

Beynəlxalq əlaqələr, Tarix, Arxeologiya, Filologiya


10 Hacettepe Universiteti

Tarix, Kimya,, Tətbiqi Riyaziyyat və Kibernetika, Sosial Elmlər və Psixologiya, Pedaqogika, Fizika. Hüquq


11 Trakya Universiteti

Filologiya, Riyaziyyat, Arxeologiya, Beynəlxalq əlaqələr


12 Çukurova Universiteti

Psixologiya, Filologiya, Hüquq, Fizika, Kimya


13 Ankara Universiteti

Riyaziyyat, Biologiya, Fizika, Kimya, Politologiya, İqtisadiyyat, Beynəlxalq əlaqələr, Jurnalistika


14 Kastamonu Universiteti

Coğrafiya, Filologiya, Riyaziyyat, Biologiya, Fizika, İqtisadiyyat, Beynəlxalq münasibətlər


15 Çanakkale Universiteti

Turizm və otelçilik, Coğrafiya, Biologiya


16 Uşak Universiteti

Riyaziyyat, Biologiya, Mühəndislik, Tarix, Coğrafiya, Jurnalistika,  Türk dili və ədəbiyyatı, Sosiologiya, Psixologiya, İqtisadiyyat


17 Kafkaz Universiteti

 Filologiya, Fizika, Kimya, Riyaziyyat, Biologiya, Tarix, Arxeologiya


 

Əlavə məlumat üçün aşağidaki email vasitəsilə əlaqə saxlaya bilərsiniz.

E-mail: [email protected]