![]() |
Abay Kunanbayev adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi - 2011-ci ilin may ayından Bakı Dövlət Universitetində qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyət göstərir. Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzin əsas fəaliyyət sahəsinə mədəni və sosial tədbirlərin keçirilməsi, iki ölkənin mədəniyyəti və ənənələri haqqında ətraflı məlumatların daha geniş miqyasda yayılması üçün müxtəlif mövzulu tədbirlər keçirmək, o cümlədən tanınmış incəsənət xadimləri, yazıçı və şairlə görüşlərin təşkili daxildir Mərkəzin məqsədi Azərbaycan və Qazaxıstan arasındakı mədəni və sosial əməkdaşlığın inkişafını dəstəkləmək, Qazaxıstan mədəniyyəti, tarixi ilə tanış olmaq istəyənləri lazımı materialla təmin etmək, iki ölkənin mədəniyyəti və ənənələri haqqında ətraflı məlumatların daha geniş yayılması üçün müxtəlif mövzulu layihələri reallaşdırmaqdır. Mərkəz həm də iki ölkə arasında tələbə mübadiləsini həyata keçirir. |
|
![]() |
Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi - Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi 2008-ci ilin 17 dekabr tarixində Koreya dövlətinin birbaşa dəstəyi ilə xarici və daxili rəqəmsal sistemləri hərtərəfli təmin etmək məqsədilə yaranan KADO-nun (Korean Agency for Digital Opportunities and Promotion) yardımı ilə açılıb. 2012-ci ilin may ayında Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun Bakı Dövlət Universitetinə səfəri zamanı Mərkəzin yenilənməsinə dair müqavilə imzalanıb. Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin əvəzlənməsi, video-konfrans və virtual universitetin yaradılması daxil edilib. Mərkəzin əsas məqsədi tələbələrin müasir rəqəmsal texnologiya və avadanlıqlar ilə tanış olması, son informasiya texnologiyalarına yiyələnmək, onların qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirakının təmin olunmasıdır. Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində tələbələrin daha geniş kompüter biliklərinə malik olmaları, eyni zamanda proqramlaşdırma dillərinə mükəmməl yiyələnmələri üçün bütün şərait vardır. İnternet Lounge room isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir. |
|
![]() |
Rus Mərkəzi - Rus mərkəzləri layihəsi “Rus dünyası” Fondu tərəfindən dünyanın aparıcı beynəlxalq təhsil və tədris strukturları ilə birgə yerinə yetirilən beynəlxalq mədəniyyət layihəsidir. Bakı Dövlət Universitetində fəaliyyət göstərən Rus Mərkəzi 2008-ci ildə “Russkiy mir” Fondunun maliyyə dəstəyi ilə yaradılmışdır. Müasir elektron kitabxanaya məxsus olan Mərkəzdə rus dili, tarixi və mədəniyyəti təbliğ olunur. Burada yeni müasir metodik baza, konfrans zalı, İnternet şəbəkəsi fəaliyyət göstərir, nüfuzlu elm adamlarının, tələbələrin iştirakı ilə tədbirlər, görüşlər, elmi-praktik konfranslar keçirilir. Hər tədris ili təşkil olunan kurslarda universitet tələbələrinin, o cümlədən əcnəbi gənclərin rus dilini öyrənməsi təmin edilir. • Bədii ədəbiyyat |
|


