KLUBLAR

Klubun adı: “Price” Xarici Dillər klubu
Klubun məqsədi: Gənc tələbələrin xarici dili öyrənməyə həvəsini artırmaq və bunu da  maraqlı üsullarla (oyunlar, yarışlar, filmlər və s.) öyrətmək.
Klub sədri: Taleh Gulaliyev



Klubun adı: “Ədəbiyyat işığında”
Klubun məqsədi: Ədəbiyyat qanunauyğunluqlarının akademik şəkildə tədris olunması.
Klub sədri: Hümbət Bədəlov



Klubun adı: “Klassik Azərbaycan Filmlərİ" klubu
Klubun məqsədi: Klubumuzun fəaliyyəti klassik Azərbaycan Filmlərinin təbliğatı, Azərbaycan filmlərinin yaradılmasında müstəsna xidmətləri olmuş aktyorlarımızı və rejissorlarımızı eyni zamanda bəstəkarlarımızı, bir sözlə, mədəniyyətimizin incilərini tanıtmaqdan ibarətdir.
Klubumuzda hər dəfə bir film izlənir, daha sonra qısa şəkildə filmdə baş verən hadisələr şərh edilir, filmdə rol alan aktyorlarımız haqqında məlumat verilir.
Daha sonra isə izlənilən film haqqında viktorina keçirilir.
Qısası, Klubumuzun məqsədi müasir gənclərə klassikamızı, zövqlü sənət nümunələrimizi təlqin etmək və bu unikallığı olduğu kimi gənclərə ötürməkdən ibarətdir.
Klub sədri: Qədirli Aysu



Klubun adı: “Şahmat” klubu
Məqsədi: Şahmatçı gəncləri bir araya toplamaq, onların biliklərini daha da artırmaq.
Klub sədri: Eltac Mustafayev



Klubun adı: “Rəssamlıq” klubu
Məqsədi: Gənclərin rəsm bacarığının daha da inkişaf etdirilməsi, əyləncəli zaman keçirmələri.
Klub sədri: Aysun Heydərova



Klubun adı: İdarə etmənin metodları 
Məqsədi: İxtisasından asılı olmayaraq bütün gənclərin günümüzün aktual mövzu həmçinin işlək sahesi olan idarəçiliklə bağlı məlumatlandırılması, özlərini bu yöndə inkişaf etdirmələri.Həmçinin gənclərdə liderlik bacarıqlarının da artırılması.
Klub sədri: Əhədzadə Xumar