"BDU könüllüləri" təşkilatının tərkibində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi bilikləri interaktiv şəkildə mənimsəmək, xüsusi bacarıqların ortaya çıxarılması və sosial fəaliyyətin effektiv təşkili məqsədilə 13 klub fəaliyyət göstərir.
![]() |
Klubun adı: “Könüllü söhbət – Conversation Club” Klubun məqsədi: Tələbələrin dil bacarıqlarını inkişaf etdirmək, ünsiyyət qabiliyyətini artırmaq və mədəniyyətlərarası fikir mübadiləsini təşviq etmək məqsədilə fəaliyyət göstərir. Klubun sədri: Nərmin Quliyeva
|
![]() |
Klubun adı: “Evrika” intellektual oyunlar klubu Klubun məqsədi: “Evrika” klubu tələbələr arasında intellektual fəaliyyətin genişlənməsinə töhfə verir. Klub “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Xəmsə”, “Trio de Alfa”, "Peloton", "Kod da Vinçi" və digər formatlarda yarışlar təşkil edir, həmçinin komandaları fakültələr və universitetlərarası yarışlara hazırlayır. Klubun sədri: Vüsal Cəfərov
|
![]() |
Klubun adı: “Pennadoro” Klubun məqsədi: “Pennadoro” klubu ədəbiyyat və kino sahəsinə marağı olan tələbələri bir araya gətirir. Klub çərçivəsində film günləri, yazarlarla görüşlər, hekayə və şeir müsabiqələri, ədəbiyyat adaptasiyaları və seminarlar təşkil olunur. Klubun sədri: Fidan Mövləyeva
|
![]() |
Klubun adı: “Renessans” incəsənət klubu Klubun məqsədi: “Renessans” incəsənət klubu yaradıcı tələbələr üçün asudə vaxtın səmərəli təşkili, rəsm bacarıqlarının artırılması və sərgilərdə iştirak imkanları yaradır. Klub həvəskar şairlərə özünüifadə və yaradıcılıq imkanları təqdim edir. Klubun sədri: Nihan Kərimli
|
![]() |
Klubun adı: “SDG Club” Klubun məqsədi: “SDG (Sustainable Development Goals) Club” BMT-nin 2030 Gündəliyində müəyyən edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədini gənclər və maraqlı tərəflər arasında təşviq edir. Klub seminarlar, interaktiv sessiyalar və ekoloji-sosial layihələr vasitəsilə dayanıqlı inkişafı praktik öyrənməyə imkan verir. Klubun sədri: Lamiyyə Qocayeva
|
![]() |
Klubun adı: “Boardflex” Klubun məqsədi: “Boardflex” klubu stolüstü tennis, şahmat, dama və digər stolüstü oyunlara marağı olan tələbələr üçün fəaliyyət göstərir. Klub üzvləri müxtəlif turnirlərdə iştirak edərək rəqabət aparır və yeni dostluqlar qurur. Klubun sədri: Diana Hüseynli
|
![]() |
Klubun adı: “Odyssey” Klubun məqsədi: “Odyssey” klubu tələbələrə dünya mədəniyyətlərini kəşf etmək, qlobal düşüncə tərzini formalaşdırmaq və fərdi inkişaf üçün təlimlər, mədəniyyət gecələri və müzakirələr təşkil edir. Klub müxtəlif ölkələrin tarixi, musiqisi, rəqsləri və mətbəxi ilə tanış olmaq istəyən hər kəsi üzvlüyə dəvət edir. Klubun sədri: Ləman Əliyeva
|
![]() |
Klubun adı: “YouthPulse” Klubun məqsədi: “YouthPulse” klubu tələbələrə xüsusi yarışlar, oyunlar, komanda layihələri, elektron sistemlərdə mövcud oyunlar və interaktiv tədbirlər təqdim edir. Klub üzvləri müxtəlif müsabiqələrə hazırlıq məşqləri keçir və layihələr fərdi ideyalar əsasında qurulur. Əsas prinsip əylənərək öyrənməkdir. Klubun sədri: Aysel İbrahimova
|
![]() |
Klubun adı: “DeNovo” hüquq klubu Klubun məqsədi: “DeNovo” hüquq klubu tələbələrin hüquq biliklərini artırmaq, komanda bacarıqlarını inkişaf etdirmək və peşə həyatına hazırlıq məqsədilə fəaliyyət göstərir. Klub çərçivəsində məqalə müsabiqələri, məhkəmə simulyasiyaları, debatlar və diskussiyalar təşkil olunur. Tələbələr tədbirlər vasitəsilə hüquqi biliklərini sınayır və sertifikatlar əldə edirlər. Klubun sədri: Zümrüd Məmmədova
|
![]() |
Klubun adı: “KönüllüBand” musiqi klubu Klubun məqsədi: “KönüllüBand” klubu musiqi bacarığı olan tələbələri bir araya toplayaraq onların istedadını üzə çıxarır və inkişaf etdirir. Klub müxtəlif konsertlər və tədbirlər təşkil edərək tələbələrin səhnə mədəniyyətini və yaradıcılıq potensialını inkişaf etdirir. Klubun sədri: Mövlanə Tahirova
|
![]() |
Klubun adı: “PsychoSupport SDG” Klubun məqsədi: “PsychoSupport SDG” klubu tələbələrin psixi sağlamlığını gücləndirmək, sosiallaşma və özünüifadə bacarıqlarını artırmaq, özgüvən yaratmaq və asudə vaxtı səmərəli keçirmək məqsədilə fəaliyyət göstərir. Klub psixoloji dəstək, fərdi inkişaf və sosial inteqrasiyanı təşviq edən tədbirlər təşkil edir. Klubun sədri: Nuranə Fətullayeva
|
![]() |
Klubun adı: “InnovativeYouth” Klubun məqsədi: “InnovativeYouth” klubu tələbələrin asudə vaxtını səmərəli keçirməsinə, liderlik və kommunikasiya bacarıqlarını inkişaf etdirməsinə və şəxsi hədəflərini müəyyənləşdirməsinə dəstək olur. Klub müxtəlif maarifləndirici və inkişaf yönümlü tədbirlər həyata keçirir. Klubun sədri: -
|
![]() |
Klubun adı: “Xarıbülbül” diplomatiya klubu Klubun məqsədi: “Xarıbülbül” diplomatiya klubu siyasət, beynəlxalq münasibətlər və qlobal məsələlərə maraq göstərən tələbələr üçün nəzərdə tutulub. Klub üzvləri seminarlar, təlimlər və aktual mövzularda müzakirələr vasitəsilə praktiki analizlər aparır, şəbəkələşmə imkanlarından faydalanır. Klubun sədri: Eyyub Balabəyov
|












