İsveçin paytaxtı Stokholm şəhərində 2021-ci il fizika sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib.

İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafatın laureatları açıqlanıb. Bu il fizika sahəsində Nobel mükafatının “mürəkkəb fiziki sistemlər haqqında anlayışımıza böyük töhfələr verdiklərinə görə”, alimlər - yaponiyalı meteoroloq və iqlimşünas Syukuro Manabe, almaniyalı okeanoqraf Klaus Hasselman və italiyalı fizik Corco Pariziyə verildiyi elan edilib.

S.Manabe və K.Hasselmann Yerin iqliminin fiziki modelləndirilməsi və iqlim dəyişikliyinin etibarlı şəkildə proqnozlaşdırılması üzrə işlərə görə, C.Parizi isə iqlim də daxil olmaqla planetar miqyasda qəliz sistemlərin tədqiqinə görə Nobel mükafatına layiq görülüb.