FP ETİ-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar iclas keçirilmişdir.

04 may 2023-ci il tarixində BDU-nun nəzdində  Fizika Problemləri ETİ-də Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar iclas keçirilmişdir. Əvvəlcə Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və sonra sözü İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədova vermişdir.

Fizika Problemləri ETİ-nin Həmkarlar Təşkilatının sədri Mübariz Məmmədov “Azərbaycanda müasir Həmkarlar Təşkilatlarının yaradılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir. O, çıxışında xüsusi olaraq qeyd etdi ki, müstəqil dövlətin və ölkənin rəhbəri Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə azərbaycançılıq məfkurəsini özünə meyar seçmiş və prezidentliyi dövründə həmkarların qanun çərçivəsində müstəqil olmasında, söz sahibinə çevrilməsində və demokratiyanın inkişafında danılmaz rol oynadı.

          1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və nəzarəti altında postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında “Həmkarlar İttifaqları haqqında ” qanun qəbul edildi və Həmkarlar İttifaqlarının fəaliyyətinə güclü təkan verən sənəd, hüquqi baza yaradıldı. Həmkarlar İttifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və müəllifi Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasında öz əksini tapdı.