Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir

31.10.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda  aparıcı elm işçi Haqverdiyeva Gülnara Əhməd qızı “Bioloji aktiv molekulların farmakofor modellərinin qurulmasında nəzəri üsulların tədbiqi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə nəzəri yanaşma ilə bir sıra bioloji aktiv molekulların spesifik reseptorlara bağlanması üçün farmakofor modellərinin qurulması imkanları nümayiş etdirilmişdir. Bu məqsəd ilə molekulyar-mexanika, molekulyar dinamika, kvant-kimyəvi və molekulyar dokinq metodların köməyi ilə müasir kompüter proqramlardan istifadə edərək peptid T-nin, dermorfin, deltorfin I, deltorfin II peptid­lərinin quruluş-funksiya əlaqələrinin konformasiya-elektron aspektləri tədqiq olunmuşdur. Müəyyən olmuşdur ki, biomolekulların stabilliyi onların farmakofor elementlərinin fəzada yerləşməsi və elektron sıxlığının spesifik paylanması ilə təmin olunur. Alınmış nəticələrin və quruluş-funksiya tədqiqatlarının məlumatları əsasında tədqiq olunmuş molekulların bioloji aktiv konformasiyaları qiymətləndirilmiş və onların spesifik reseptor molekullarına bağlanması üçün farma­kofor modelləri qurulmuşdur. Təqdim olunmuş modellərdəki farmakofor mərkəzlərinin nisbi yerləşməsi distansiyalar, səthi və ikiqat bucaqlar toplumu ilə xarakterizə olunmuşdur.