Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

25.06.2020 tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin kiçik elmi işçisi, f.ü.f.d. Hüseynova Nərmin Cəfər qızı” AdS (Anti de-Sitter)/KXD-nin (Kvant Xromodinamikası) yumşaq və sərt divar modellərində vektor mezon-nuklon və aksial vektor mezon-barion qarşılıqlı təsir sabitləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi ilk olaraq AdS/KXD-nin yumşaq divar modeli çərçivəsində -mezon-nuklon  və -mezon--barion  qarşılıqlı təsir sabitlərinin tədqiqi barədə məlumat vermişdir. Bundan başqa holoqrafik dual nəzəriyyənin sərt divar modeli əsasında AdS fəzasının daxilindəki aksial vektor, psevdoskalyar və fermion sahələri arasındakı qarşılıqlı təsiri təsvir edən, yeni laqranjian həddi daxil edilmiş və nuklonların aksial-vektor izovektor  form-faktorunun ötürülən impulsun kvadratından asılılıq qrafiki qurulmuş və ədədi qiyməti hesablanmışdır. Göstərilmişdir ki, AdS/KXD-nin sərt divar modeli əsasında hesablanan nuklonların aksial-vektor form-faktoru -nın ötürülən impulsun kvadratı -dan asılılığı 1/ şəklindədir. Bu da təcrübi və digər nəzəri metodlardan alınan nəticələrlə üst-üstə düşür və nuklonların form-faktoru üçün xarakterikdir. Həmçinin AdS/KXD-nin hər iki modeli əsasında -mezon-nuklon qarşılıqlı təsir sabitinin ədədi qiyməti hesablanmış və göstərilmişdir ki, parametrlərin müxtəlif toplularında hər iki model çərçivəsində alınan qiymətlər digər modellər çərçivəsində alınan qiymətlərə nəzərən təcrübi qiymətə yaxındır, yəni AdS/KXD-nin hər iki modeli bu sabit üçün ödənilir. Nəzəri olaraq ilk dəfə sərt divar modeli çərçivəsində  -mezon-𝛥-barion qarşılıqlı təsir sabitinin ədədi qiyməti hesablanmış və göstərilmişdir ki, həyəcanlaşma hallarının sayı artdıqca bu sabitin qiyməti azalır.