14.11.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.
Seminarda “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Bədəlov Vətən Həsənverdi oğlu “Vud - Sakson potensialı üçün Şredinger tənliyinin ixtiyari l halında həlli” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Pekeris yaxınlaşmasının köməyilə Vud-Sakson potensialı üçün radial Şredinger tənliyinin analitik həlləri araşdırılmışdır. İxtiyari l halı üçün Nikiforov–Uvarov metodundan istifadə etməklə enerjinin məxsusi qiymətləri və radial dalğa funksiyaları tapılmışdır. Belə ki, potensialın dərinliyindən, radial və orbital kvant ədədlərindən, parametrlərindən asılı məhdud sayda enerji spektri müəyyən edilmişdir.