Fizika Problemləri İnstitutunun növbəti Elmi seminarı keçirilmişdir

16.01.2020-ci il tarixində Fizika Problemləri İnstitutunun növbəti Elmi seminarı keçirilmişdir.

  Seminarda  “Nəzəri fizika” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Əliyeva Təranə Hacıəli qızı “Nikiforov–Uvarov metodunun tətbiqi ilə Pöşl-Teller potensialı üçün Şredinger tənliyinin analitik həlli”  mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Nikiforov-Uvarov metodunu tətbiq edərək Pöşl-Teller potensialı üçün radial Şredinger tənliyinin analitik şəkildə həll edilməsi, zərrəciyin enerji spektri və məxsusi funksiyası üçün analitik ifadələrin alınmasından danışılmışdır. Göstərilmişdir ki, zərrəciyin məxsusi funksiyası və enerji spektri radial kvant ədədindən asılıdır.