Fizika Problemləri İnstitutunun kollektivinin Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

24.02.2022-ci il tarixində Fizika Problemləri İnstitutunun kollektivinin Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Fizika Problemləri İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədov Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin girov götürülmüş, 150 nəfərin taleyi hələ də məlum deyil.

Daha sonra Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov, aparıcı elmı işçisi Q. Bayramov, elmi işçi Nərmin Hüseynova, şöbə müdiri F. Rüstəmov  faciə ilə bağlı çıxış edib, Xocalı şəhərində  baş vermiş soyqırım haqqında danışıblar.

Çıxış edənlər həmçinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını vurğulayıblar.

Allah bütün şəhidlərimizə rəhmət etsin!