Fizika Problemləri İnstitutunun kollektivinin Xocalı faciəsinə həsr olunmuş yığıncağı keçirmişdir.

27.02.2020-ci il tarixində Fizika Problemləri İnstitutunun kollektivinin Xocalı faciəsinə həsr olunmuş yığıncağı keçirmişdir.

Çıxış edənlər Xocalı şəhərində  baş vermiş soyqırım haqqında danışmışdır.

Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin girov götürülmüş, 150 nəfərin taleyi hələ də məlum deyil.

Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun kollektivi Xocalı soyqırım qurbanlarının xatirəsini bir dəqiqə sükutla yad etdilər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!