Fizika Problemləri İnstitutunun kollektivinin “Azərbaycan Respublikasında Novruz bayramının dövlət bayramı səviyyəsinə qaldırılmasında Heydər Əliyevin rolu” mövzusunda iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar BDU-nun Fizika Problemləri ETİ-də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində 16.03.2023-cü il tarixində Fizika Problemləri İnstitutunun kollektivinin “Azərbaycan Respublikasında Novruz bayramının dövlət bayramı səviyyəsinə qaldırılmasında H.Əliyevin rolu” mövzusunda iclası keçirilmişdir.

Əvvəlcə Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və sonra sözü “BİOFİZİKA” şöbəsinin elmi işçisi Sənubər Bağırovaya vermişdir. Bağırova qeyd etmişdir ki, Azərbaycan xalqının milli mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var.Baharın gəlişi, torpagın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət onu unutdura bilməmiş, bir-birindən maraqlı adətləri, inanclari nəsildən nəslə ötürülmüşdür.

Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər H.Əliyevin hakimiyyətə gəlişi xalqimızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti  dəyişdi.Ulu öndər xalqı öz soy-kökünəqaytarmaq, zəngin bədii irsini, mədəniyyətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək kimi bir sıra tədbirlər planı həyata keçirdi.Azərbaycan tarixində ilk dəfə olaraq Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi əlamətdar günlər təqvimdə rəsmi dövlət bayramı kimi qeyd olundu.

Bu gün H.Əliyevin ali ideyalarının gerçəkləşməsində cənab İ.Əliyevlə birgə Azərbaycanın birinci xanımı, H.Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da yaxından iştirak edir.Məhz onun əməyi sayəsində Novruz bayramı dünyanın qeyri maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilmişdir.2010-cu il fevralın 23-ündə martın 21-i BMT Baş Assambleyası tərəfindənBeynəlxalq Novruz günü elan edilmişdir.Novruz beynəlxalq status əldə etməklə bütün ölkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası dialoqa səbəb olmuşdur.

Daha sonra Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov, İnstitutun direktor müavini və elmi katibi N.Dərvişov, həmkarlar təşkilatının sədri Mübariz Məmmədov, “Biofizika” şöbəsinin a.e.i. Xavər Həsənova çıxış etmiş, novruz bayramı  haqqında fikirlərini söyləmiş, İnstitut kollektivini Novruz bayramı münasibəti ilə təbrik etmişlər.